Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın yeni Cənubi Qafqaz modeli

Azərbaycanın yeni Cənubi Qafqaz modeli

21.08.2026 [09:05]

Sülh, əməkdaşlıq və inkişaf üzərində qurulan post-müharibə nizamı

Postmüharibə dövründə Azərbaycanın həyata keçirdiyi ardıcıl və çoxşaxəli siyasət Cənubi Qafqazın yalnız siyasi xəritəsini deyil, həm də klassik regional anlayışının özünü dəyişdirir. Əvvəllər daha çox Azərbaycan, Ermənistan və Gürcüstanla məhdudlaşdırılan regional əməkdaşlıq modeli artıq daha geniş coğrafiyanı əhatə edən, iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik əlaqələrinin bir-birini tamamladığı yeni platformaya çevrilir. Bu prosesdə Azərbaycanın təşəbbüskar mövqeyi xüsusi diqqət çəkir.

Bakı regional əməkdaşlığı yalnız diplomatik münasibətlərin inkişafı kimi deyil, sülhün, təhlükəsizliyin, iqtisadi tərəqqinin və qarşılıqlı əlaqələrin vahid sistemdə birləşdirilməsi kimi təqdim edir. 44 günlük müharibədən sonra formalaşan yeni reallıqlar Azərbaycanın qarşısında həm də regionun gələcək inkişaf arxitekturasının qurulması vəzifəsini də aktuallaşdırdı. Azərbaycan bu mərhələdə qalib tərəf kimi revanşist yanaşmaya deyil, əməkdaşlıq və inteqrasiya modelinə üstünlük verdi.

Bu yanaşmanın mühüm xüsusiyyəti regional sərhədlərin coğrafi deyil, funksional prinsiplər əsasında genişləndirilməsidir. Cənubi Qafqaz artıq Mərkəzi Asiya, Xəzər hövzəsi, Türkiyə, Qlobal Cənub və Avropa ilə sıx bağlı olan vahid geoiqtisadi məkanın mühüm həlqəsi kimi çıxış edir. Orta Dəhliz, enerji layihələri, yeni nəqliyyat bağlantıları, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsi Azərbaycanı bu transformasiyanın əsas mərkəzlərindən birinə çevirir.

Ən mühüm məqamlardan biri də budur ki, yeni regional modeldə subregional məkanlar artıq periferik ərazilər kimi deyil, ümumi təhlükəsizlik və inkişaf sisteminin ayrılmaz hissələri kimi nəzərdən keçirilir. Naxçıvanın nəqliyyat və geosiyasi əhəmiyyətinin artması, Zəngəzur istiqamətində kommunikasiyaların açılması perspektivi, Xəzər üzərindən Mərkəzi Asiya ilə əlaqələrin dərinləşməsi bu yanaşmanın konkret nümunələridir.

Beləliklə, Bakı klassik Cənubi Qafqaz anlayışının çərçivələrini genişləndirərək onu Avrasiyanın daha böyük inteqrasiya proseslərinə bağlayır. Azərbaycanın təşəbbüsləri göstərir ki, yeni regional düzənin əsas dayaqları artıq yalnız siyasi razılaşmalar deyil, sülh, təhlükəsizlik, bağlantı, enerji, ticarət və qarşılıqlı iqtisadi maraqlardır. Məhz bu baxımdan Azərbaycan postmüharibə mərhələsində regionun iştirakçısından daha çox, yeni regional arxitekturanın formalaşmasına təsir edən əsas aktorlardan biri kimi çıxış edir. Son 8 ayda Bakıdan səslənən mesajlar, irəli sürülən prioritetlər və təqdim olunan persrepktiv layihələr bunu sübut edir.

Azərbaycanın regional siyasəti Cənubi Qafqazın “pasportunu” dəyişdi

Təbii ki, məsələyə ilk növbədə klassik Cənubi Qafqaz modeli üzərindən yanaşmaq lazımdır. 30 il ərzində davam edən erməni işğalı, Cənubi Qafqazın qeyri-stabil siyasi-hərbi durumu bölgənin iqtisadi potensialının tam açılmasına mane oldu. Düzdür, Azərbaycanın yürütdüyü praqmatrik siyasət müəyyən mənada bu situasiyanı dəyişə bildi - Azərbaycan ilə Gürcüstan arasındakı müsbət siyasi dialoq mühiti, iqtisadi əlaqələrin davamlığı, inteqrasiya prosesindəki koordinasiya regionun logistik, geostrateji, geocoğrafi üstünlüklərinin təqdimatına imkan yaratdı. Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn “Əsrin müqaviləsi” layihəsi Cənubi Qafqazın qlobal sistem üçün əhəmiyyətini ön plana çıxardı. Ard-arda rea?laşan Bakı -Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji xətləri, Bakı-Tbilisi-Qars dəmir yolu Cənubi Qafqazın “pasport təqdimatı”na çevrildi.

İndiki halda isə, yaranmış yeni geosiyasi reallıq regionda köhnə qarşıdurma xəttini aradan qaldıraraq əməkdaşlıq və tərəfdaşlıq üçün real zəmin formalaşdırıb - bu isə regional inkişaf strategiyasının artıq 3 dövlət tərəfindən də qəbul edildiyini ortaya qoyur. Bakının təhlükəsizliyin yalnız hərbi güc üzərindən deyil, qarşılıqlı iqtisadi əlaqələr, nəqliyyat-kommunikasiya bağlantıları və siyasi dialoq vasitəsilə möhkəmləndirilməsini prioritet elan etməsi, yəni, sülh təşəbbüsləri vasitəsilə Cənubi Qafqaza yeni bir gələcək vədi yeni bir situasiya formalaşdırıb. Azərbaycanın təqdim etdiyi yeni nizam modeli qarşıdurma və təcrid siyasətinə alternativ olaraq bərabərhüquqlu əməkdaşlıq prinsipinə əsaslanır. Bu yanaşma region dövlətlərinin suverenliyinə hörmət, sərhədlərin toxunulmazlığı və iqtisadi inteqrasiyanın təşviqini özündə ehtiva edir. Bu ilin aprelin 6-da Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib ki, biz hər dəfə görüşəndə bir çox məsələləri müzakirə edirik, o cümlədən regional vəziyyət, regional təhlükəsizlik məsələlərini: “Bu gün də istisna deyil. Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir”.

1 nömrəli məsələ - qarşıdurma xətti əməkdaşlıq xəttinə çevrildi

Qeyd edildiyi kimi, Azərbaycanın son 6 ildə apardığı uğurlu siyasi kurs ənənəvi region anlayışının sərhədlərini genişləndirib. Türkiyə ilə müttəfiqlik bəyannaməsinin imzalanması, Mərkəzi Asiya Məşvərət Məclisinə üzv seçilməmiz, hətta Çin ilə hərtərəfli strateji əlaqələr formalaşdırmamız ölkəmizi Şərq-Qərb strukturlaşmasının mərkəz nöqtəsi etməklə yanaşı, Bakının ətrafında qlobal bir platforma yaradıb. Bu formatın gələcək perspektivi isə yeni regional subyektdə təhlükəsizlik anlayışının oturuşdurulmasıdır. Bakının son 6 ildə yaratdığı siyasi mənzərə özündə mühüm komponentləri birləşdirir - regional baxımdan Cənubi Qafqazda, ümumən geosiyasi baxımdan Avrasiyada yeni bir nizamın şərtləri və gündəmi müəyyənləşib. Qeyd edildiyi kimi, ölkəmiz təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında sülhün və sabitliyin təmin olunmasına töhfə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diplomatiya, beynəlxalq tərəfdaşlıq platformaları və təhlükəsizlik təşəbbüsləri Azərbaycanın bu sahədə etibarlı tərəfdaş kimi qəbul olunmasına şərait yaradıb. Azərbaycanın həyata keçirdiyi siyasətin yalnız regional deyil, bütövlükdə Avrasiya məkanı üçün təhlükəsizlik indeksinin artırılmasına yönəlməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunu və strateji əhəmiyyətini təsdiqləyir. Bakı platforması beynəlxalq miqyasda sülhün qorunması, risklərin azaldılması və gələcək təhlükəsizlik modelinin formalaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir.

Azərbaycan nümunəsində Cənubi Qafqazda artıq müharibə riski aradan qaldırılıb - separatizm məhv edilib. Ən əsası, Ermənistanın destruktiv siyasətdən uzaqlaşması üçün real mexanizm formalaşdırılıb. Azərbaycanın təhlükəsizlik fəlsəfəsi paralel inkişaf trayektoriyasınea əsaslanır - biz sülh üçün beynəlxalq hüquq çərçivəsində mübarizəmizi ortaya qoyaraq, həm də digər vasitələri diqqətdə saxlayırıq. Prezident İlham Əliyev bu ilin martında Bakıda keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda bildirdi ki, Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub.

Xəzərin iki sahili vahid geosiyasi və geoiqtisadi məkana çevrilir

Azərbaycanın yeni nizamda aparıcı prioritetlərindən biri şərq istiqamətli əməkdaşlıq mühitini daha da gücləndirmək olub. Ötən ilin noyabrından etibarən instusional məzmun qazanan Azərbayan-Mərkəzi Asiya əlaqələri Bakı üçün iqtisadi-siyasi region diapazonunu genişləndirir. Prezident İlham Əliyev bu ilin iyulunda Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə bildirdi ki, Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir.

Vurğulandığı kimi, rəsmi Bakının apardığı çoxvektorlu siyasət, enerji və nəqliyyat diplomatiyası, regional platformaların qurucusu kimi oynadığı rol geniş bir coğrafiyada yeni situasiya formalaşdırıb. Bu gün Bakı müstəqil strateji xəttə sahib dövlət olmaşqla yanaşı, həm də Mərkəzi Asiya - Cənubi Qafqaz inteqrasiyasının mərkəzi sütunudur - başqa sözlə, Xəzərin iki sahili arasında zaman-zaman mövcud olan siyasi əlaqələr bu gün tamamilə yeni inkişaf məcrasına keçib və qarşılıqlı fəaliyyətin səviyyəsi tarixi maksimum həddə çatıb. Bu və digər komponentlər isə bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının artıq bir çox aspektlərdə vahid orqanizm kimi çıxış etməsini şərtləndirir. Prezident İlham Əliyev bu faktı fenomenal şəkildə izah etdi: “Mən 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm, həmin ölkələrdən həmkarlarım isə 26 dəfə Azərbaycanda səfərdə olublar. Yəni statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib”.

Beləliklə, regionlararasi proseslərin koordinasiyası, iqtisadi və investisiya layihələrinin uzlaşdırılması, enerji və nəqliyyat strategiyalarının sinxronlaşdırılması Azərbaycan - Mərkəzi Asiya əlaqlərini yeni bir müstəviyə daşıyır. Mərkəzi Asiya dövlətlərinin Azərbaycanla əməkdaşlığı yüksək səviyyədə qəbul etməsi və bu inteqrasiya formatını rəsmən dəstəkləməsi isə yaranan mənzərəni tam təsdiqləyir.

Artıq Azərbaycan yalnız Mərkəzi Asiya ilə əməkdaşlıq edən tərəfdaş deyil - həmin formatın tamhüquqlu üzvü, regional qərarların formalaşmasında aparıcı iştirakçı, yeni Avrasiya nizamının arxitekturasını quran əsas ölkələrdən biridir. Mərkəzi Asiya - Cənubi Qafqaz regional birliyinin  əsasında duran amillərə gəldikdə isə:

- Azərbaycanın sabit, proqnozlaşdırıla bilən və uzunmüddətli regional siyasəti;

- Azərbaycanın həm türk dünyasının inteqrasiyasında aparıcı rola malik olması, həm də eyni zamanda Avropa və Qərb bazarlarına çıxış imkanlarını açan ölkə olması;

- Azərbaycanın yeni nizamın aparıcı aktoru kimi çıxış etməsi;

- Azərbaycanın həm regional, həm də qlobal miqyasda sabitləşdirici faktor kimi özünü təsdiqləməsi burada əsas əhəmiyyət daşıyır. Bəli, Mərkəzi Asiya dövlətləri üçün Azərbaycan həm Şərqə, həm Qərbə, həm də Cənubi Qafqaza açılan qapıdır. Bu gün Mərkəzi Asiyada Azərbaycan faktoru ikiqat dəyər daşıyır: həm iqtisadi, həm siyasi. Bakı həm enerji təhlükəsizliyinin təmin edilməsində, həm nəqliyyat dəhlizlərinin şaxələnməsində, həm də regional sabitliyin qorunmasında real rol oynayır.

Sülh Azərbaycanın yeni regional nizamının əsas kapitalıdır - TRIPP regional sülhün iqtisadi dayağına çevrilir

Ümumən regionun inkişaf düsturunun əsasında isə bir paradiqma mühüm rol oynayır - sülh. Bu, Bakının yeni nizama qazandırdığı ən böyük sərvətdir.  Ötən ilin avqustun 8-də Vaşinqtonda imzalanan üçtərəfli Bəyanat, sülh sazişinin paraflanması bölgənin yeni gələcəyi üçün atılan təməldir. Azərbaycan sülhü möhkəmləndirmək üçün yeni iqtisadi alətləri də prosesə qoşub. Zəngəzur dəhlizi (TRIPP) layihəsi yeni qlobal ticari aorta olmaqla yanaşı regional sülhün möhkəmlənməsinə, əbədi sabitliyin yaranmasına da öz töhfəsini verəcək. Zəngəzur dəhlizi layihəsi iqtisadi imkanları yeniləməklə yanaşı, Çin-Avropa marşurutu üzrə Cənubi Qafqaz təhlükəsizlik arxitekturasına da qarant formalaşdırır. Yeni nizamın tərəfdaşları olmaqla Çin, Mərkəfzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa kontingenti bütövlükdə bu sülh arxitekturasının da tərəflərinə çevrilir. Prezident İlham Əliyev bu ilin fevralında ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri çərçivəsində mətbuata bəyanatında bildirib ki, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır: “Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Mar?rutu - TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir”. Dövlət başçısı qeyd edib ki, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq.

Bakı hər zaman bölgədə sabitlik və təhlükəsizlik üçün maksimum imkanlar formalaşdırır. Kommunikasiyaların bərpası Avrasiya məkanında ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verə bilər. Bu baxımdan Zəngəzur dəhlizi Cənubi Qafqazın uzunmüddətli inkişaf strategiyası olmaqla yanaşı, kontingentlərarası münasibətlər sisteminin formalaşmasına da əsaslı imkan deməkdir.

Yeni Cənubi Qafqazın üç dayağı: sabitlik, inteqrasiya və etimad...

Beləliklə, Azərbaycanın təqdim etdiyi yeni nizam modeli, yeni regional əlaqələndirmə anlayışı qarşıdurma və təcrid siyasətinə alternativ olaraq bərabərhüquqlu əməkdaşlıq prinsipinə əsaslanır. Bu yanaşma region dövlətlərinin suverenliyinə hörmət, sərhədlərin toxunulmazlığı və iqtisadi inteqrasiyanın təşviqini özündə ehtiva edir. Müharibədən sonrakı dövrdə rəsmi Bakı revanşist ritorikadan uzaq dayanaraq sülh gündəliyini ön plana çıxardı. Bu isə Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsas şərti kimi qiymətləndirilir. Prezident İlham Əliyev bu ilin yanvarında Davosda “Euronews” televiziyasına müsahibəsində blildirmişdi: “Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur... Ümid edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir”.

Regionun bu günkü mənzərəsi aydın şəkildə göstərir ki, sülh, əməkdaşlıq və qarşılıqlı münasibətlər sisteminə yeni baxış Cənubi Qafqaz siyasətinin yeni normasıdır. Azərbaycan bölgədə sabitlik yaradan lider dövlət kimi çıxış edir və bu, uzunmüddətli inkişafın təminatıdır. Hər üç bölgə dövləti:

- Qlobal əməkdaşlıq prosesinin sürətli inkişafından;

- Azərbaycanın sayəsində əldə edilmiş təhlükəsizlik indeksi üzərindən Cənubi Qafqazın iqtisadi-ticari çəkisinin artmasından;

- 4 cəhət üzrə intqerasiya imkanlarının genişlənməsindən razıdır. Çünki Bakının yaratdığı yeni reallıqlar Cənubi Qafqazın gələcəyi üçün üç əsas istiqamət müəyyənləşdirib:

- Siyasi sabitlik və diplomatik balans - münaqişəsiz qonşuluq modeli;

- İqtisadi inteqrasiya - vahid ticarət və logistika məkanının formalaşması;

- Humanitar əməkdaşlıq - xalqlar arasında etimad və qarşılıqlı anlayış mühiti.

Azərbaycanın təşəbbüsü ilə formalaşan bu reallıq Cənubi Qafqazı qarşıdurma bölgəsindən inkişaf məkanına çevirir. Bakı diplomatiyasının məzmunu “qalib tərəf” deyil, “tərəfdaş region” fəlsəfəsinə əsaslanır. Azərbaycanın rəhbərliyi ilə formalaşan yeni Cənubi Qafqaz modeli həm iqtisadi inteqrasiyanı, həm də siyasi sabitliyi təmin edən mühüm mərhələdir. Bu modelin mərkəzində “sülh naminə əməkdaşlıq” prinsipi dayanır. Bakı bölgədəki bütün dövlətlər üçün ortaq iqtisadi, siyasti, ticari və humanitar birlik formatı - dolayısı ilə yeni Cənubi Qafqaz qurur. Son dövrlərdə Ermənistan ilə neft məhsulları ticarətinin formalaşdırılması, ərazimizdən Ermənistan yüklərinin keçidinə icazələrin verilməsi bu prinsipdən qaynaqlanır. Geostrateji coğrafi məkanın daha da inkişaf etməsi üçün sabitlik, bərabərlik və qarşılıqlı etimad ən vacib ştrixlərdir. Azərbaycanın diplomatik uzaqgörənliyi və regional məsuliyyəti nəticəsində Cənubi Qafqaz artıq konfliktlər coğrafiyasından çıxaraq sülh, əməkdaşlıq və inkişafın yeni məkanı kimi tarixə daxil olur.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 13 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31