26 AVQUST - LAÇIN GÜNÜMÜZ!
26.08.2026 [11:38]
Ötən əsrin doxsanıncı illərinin əvvəllərindən 44 günlük Vətən müharibəsinədək olan zaman kəsiyində biz hər il düşmənin nəzarətində olan şəhərlərimizin, regionlarımızın işğal altına düşməsi tarixlərini acı təəssüf hissi ilə qeyd edirdik. Ürəyimiz dağlanırdı, xəyallarımız qanad açıb o yerlərə uçsa da, əlimiz, ünümüz çatmırdı Laçına, Kəlbəcərə, Ağdama, Zəngilana, Qubadlıya, Füzuliyə, Cəbrayıla və digər yurd yerlərimizə.
Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla təmin edildikdən sonra isə bu pis ənənəyə birdəfəlik son qoyulub. İndi üçrəngli bayrağı ölkənin hər yerində, o cümlədən Şuşada, Xankəndidə, Xocalıda dalğalanan müstəqil Azərbaycanın tarixində yeni bir dönəm başlayıb. Təbii ki, həyatımıza şanlı zəfərlərimizlə əlaqədar yeni gözəl ənənələr də daxil olub. Bunlardan biri də Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin qeyd edilməsidir. Xatırladaq ki, dövlətimizin başçısı 2023-cü il 31 iyul tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncam imzalayıb. Ölkə rəhbərinin 2024-cü il sentyabrın 18-də imzaladığı sərəncamla isə həmin sənədə aşağıdakı məzmunlu dəyişiklik edilib: “20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü”. Beləliklə də, respublikamızda işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin sayı 9-a çatıb. Avqustun 26-sı hər bir azərbaycanlı üçün son dərəcə əziz olan təbiət incisi Laçının şəhər günüdür.
Qalib Azərbaycanın yeni bayram günləri
Xalqımızın işğaldan azad olunan ərazilərə böyük bağlılığı var. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də bunun rəsmi olaraq təsdiqidir. İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi həm də böyük qələbələrimizin təbliği, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi anlamına gəlir. Azərbaycan gəncliyi ölkəmizin qürurverici bir qüvvəsidir. Məlumdur ki, Vətən müharibəsində bütün nəsillərin nümayəndələri fədakarlıq göstəriblər. Ancaq Prezident İlham Əliyevin dəfələrlə minnətdarlıq hissi ilə bildirdiyi kimi, müharibənin əsas ağırlığı gənclərin üzərinə düşüb. Məhz onların şücaəti sayəsində düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Dövlətimizin başçısının imzaladığı sərəncamda da vurğulandığı kimi, Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı - Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Sonrakı mərhələdə isə Silahlı Qüvvələrimiz 2023-cü il 19-20 sentyabr tarixində Xankəndidə və digər ərazilərdə uğurlu lokal xarakterli antiterror əməliyyatı aparmaqla separatçıların tabutuna son mismarı vurdu və beləliklə də, Azərbaycanın suverenliyi tam şəkildə təmin edildi. Prezident İlham Əliyevin imzaladığı iki sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunur. Siyahını təqdim edirik:
26 avqust - Laçın şəhəri günü,
4 oktyabr - Cəbrayıl şəhəri günü,
17 oktyabr - Füzuli şəhəri günü,
20 oktyabr - Zəngilan şəhəri günü,
25 oktyabr - Qubadlı şəhəri günü,
8 noyabr - Şuşa şəhəri günü,
20 noyabr - Ağdam şəhəri günü,
25 noyabr - Kəlbəcər şəhəri günü.
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü.
Ermənilərin müharibə cinayəti - Laçının qanunsuz məskunlaşdırılması
Düşmənin işğal planında Ermənistanla Azərbaycanın müəyyən sayda erməni əhalinin yaşadığı keçmiş Dağlıq Qarabağ bölgəsi arasında coğrafi bağlantını təmin etmək əsas məqsədlərdən biri kimi nəzərdə tutulmuşdu. 1992-ci ilin mayında Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi ilə düşmən öz istəyinə çatdı. Laçının və Kəlbəcərin itirilməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında birbaşa əlaqə təmin olunub.
Laçın şəhərinin əsası 1923-cü ildə qoyulub və yazıçı Tağı Şahbazi Simurqun təşəbbüsü ilə ona “Laçın” adı verilib. 8 avqust 1930-cu ildə isə eyni adlı rayon təsis edilib. Tarixə nəzər saldıqda aydın olur ki, Laçında ermənilər heç vaxt kompakt şəkildə yaşamayıblar. 1992-ci ildə Laçın şəhərinin 7829 sakini olub. İşğaldan əvvəlki son siyahıyaalmaya əsasən şəhərdə yaşayanların 99,1 faizi azərbaycanlılar olublar. Ermənilərin sayı isə barmaqla sayılacaq qədər az idi. Yalnız 2003-cü ildən etibarən əsasən Yaxın Şərqdə yaşayan erməni ailələrin şəhərdə məskunlaşdırılmasına başlanılıb. Ermənistanın statistik mənbələrinə əsasən, şəhərdə təxminən 500 erməni ailəsi və ya 2,190 erməni məskunlaşdırılıb. Prezident İlham Əliyev ermənilərin Laçında məskunlaşdırılmasını müharibə cinayəti, beynəlxalq konvensiyaların pozulması kimi səciyyələndirib. “İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Laçında əzəmətlə dalğalanan Azərbaycan Bayrağı
Ermənilər elə hesab edirdilər ki, bu torpaqlarda əbədi yaşayacaqlar. Ancaq belə olmadı, düşmənin arzusu gözündə qaldı. Ordumuz üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq əvvəlcə Kəlbəcərdə, 2022-ci il avqustun 26-da isə Laçın şəhərində, eləcə də Zabux və Sus kəndlərində yerləşdi. 2022-ci il sentyabrın 21-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərinin mərkəzində üçrəngli bayrağımızı ucaltmaqla bizə sonsuz qürur hissi yaşatdı. Laçın şəhərində bayrağımızın ucaldılmasının böyük rəmzi məna daşıdığını bildirən dövlətimizin başçısı “Biz şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir”, - deyə vurğulayıb.
Postmüharibə dönəmində Vətən müharibəsində işğaldan azad olunan digər ərazilərimizdə olduğu kimi, Laçında da genişmiqyaslı quruculuq- bərpa işləri həyata keçirilib. Gözəl Laçınımıza həyat qayıdıb. İndi Laçın dağlarına bu yerləri çox sevən doğma insanların səsləri büllənd olur. Zəruri infrastruktir quruculuğundan sonra doğma diyarın məskunlaşdırılması uğurla davam edir. Xatırladaq ki, Laçına ilk köç 20 ailədən ibarət olmaqla 2023-cü ilin mayında reallaşıb və sonrakı mərhələdə bu yerlərə yeni-yeni köç karvanları yola salınıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12

