Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

21.09.2026 [15:48]

Ümumi təhsil müəssisələrində birinci sinifdə təhsil alan şagirdlərin sayı müxtəlif illərdə dəyişiklik göstərib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” adlı statistik məcmuəsində qeyd olunub.

Statistik məlumata görə, 2000/2001-ci tədris ilinin əvvəlinə dövlət və qeyri-dövlət ümumi təhsil müəssisələrində birinci sinif şagirdlərinin sayı 165,8 min nəfər olub. Onların 86,7 min nəfərini oğlanlar, 79,1 min nəfərini isə qızlar təşkil edib.

2005/2006-cı tədris ilində birinci sinif şagirdlərinin sayı 123,9 min nəfərə, 2010/2011-ci ildə isə 119,9 min nəfərə enib. Sonrakı illərdə göstəricidə artım müşahidə olunub. Belə ki, 2015/2016-cı tədris ilində birinci sinif şagirdlərinin sayı 155,8 min nəfər, 2018/2019-cu ildə 157,9 min nəfər təşkil edib. 2019/2020-ci tədris ilində bu göstərici 131,2 min nəfər, 2020/2021-ci ildə isə 129,9 min nəfər olub. Statistikaya əsasən, 2020/2021-ci tədris ilində birinci sinifdə təhsil alan şagirdlərin 69,1 min nəfəri oğlan, 60,8 min nəfəri qız olub. Qeyd edək ki, göstəricilərə sağlamlıq imkanları məhdud şəxslər üçün xüsusi təhsil müəssisələrində və xüsusi siniflərdə təhsil alan şagirdlər daxil edilməyib.

Xatırladaq ki, 2026-2027-ci tədris ili üzrə birinci sinfə gedənlərin sayı 124 mindən çoxdur.

Paylaş:
Baxılıb: 285 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30