Tovuzda 27 Sentyabr – Anım Gününə həsr olunan şahmat turniri təşkil edilib
23.09.2026 [16:57]
Tovuzda 27 Sentyabr – Anım Gününə həsr olunan şahmat turniri təşkil edilib.
Turnir Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının, Qazax–Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon üzrə Təhsil Sektorunun və Tovuz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.
Yarış başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışında çıxış edən Tovuz UGİŞM-in direktoru Məleykə Əmirzadə 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu qeyd edib. O, şəhidlərin müqəddəs xatirəsinin daim uca tutulmasının vacibliyini vurğulayıb və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında bu cür tədbirlərin əhəmiyyətindən danışıb. Məleykə Əmirzadə şahmatın uşaqların məntiqi düşüncə, diqqət və qərarvermə bacarıqlarının inkişafında mühüm rol oynadığını bildirib.
Sonra YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov çıxışında Anım Gününün şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. O, şəhidlərin həyat yolunun və Vətən uğrunda göstərdikləri fədakarlığın gənc nəsil üçün mühüm örnək olduğunu qeyd edib. Bildirilib ki, gənclərin savadlı, dünyagörüşlü və vətənpərvər ruhda yetişməsi istiqamətində müxtəlif layihə və tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Daha sonra Fariz Ələkbərov küçəsi ərazi partiya təşkilatının sədr müavini, Tovuz rayonu üzrə Təhsil Sektorunun məsləhətçisi Bəhman Qurbanov isə məktəblilərin idman və intellektual yarışlara cəlb olunmasının onların inkişafına müsbət təsir göstərdiyini bildirib. O, şagirdlərin belə tədbirlərdə iştirakının həm sağlam həyat tərzinin formalaşmasına, həm də onların müxtəlif sahələrdə bacarıqlarını üzə çıxarmasına imkan yaratdığını vurğulayıb. Bəhman Qurbanov yarış iştirakçılarına uğurlar arzulayaraq, bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd edib.
Şahmat yarışında ümumilikdə 60 məktəbli iştirak edib. İştirakçılar yaş qruplarına uyğun olaraq iki kateqoriyada mübarizə aparıblar. A qrupunda 10 yaşdan yuxarı, B qrupunda isə 10 yaşadək şahmatçılar öz bacarıqlarını nümayiş etdiriblər.
Bir neçə turdan ibarət olan yarış ərzində iştirakçılar arasında maraqlı və gərgin mübarizə müşahidə olunub. Məktəblilər şahmat taxtası arxasında diqqət, məntiq və strateji düşünmə bacarıqlarını nümayiş etdiriblər.
Turnirin sonunda hər qrup üzrə qaliblər kubokla təltif olunub. Həmçinin oğlanlar və qızlar arasında I, II və III yerləri tutan iştirakçılara medal və diplomlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20

