Şəhidlər bizim qəlbimizdə əbədi yaşayacaq
23.09.2026 [16:11]
Beynəlxalq hüquq və regional sabitlik anlayışlarına zidd olan Ermənistanın bəzi siyasi dairələrinin “dənizdən dənizə Ermənistan” adlı cəfəng ideyası həm region üçün təhlükə, həm də beynəlxalq hüquqa qarşı açıq bir təhdid idi. “Dənizdən dənizə Ermənistan” termini tarixi və coğrafi reallıqdan tamamilə uzaq olan bir fantaziya üzərində qurulmuşdu. Belə bir sərsəm ideyanın mahiyyəti isə xəyalən Ermənistanın Qara dənizdən Aralıq dənizinə qədər uzanan “böyük Ermənistan” yaratmaq olmuşdur. Bu isə, birbaşa olaraq, Türkiyənin, Azərbaycanın, Gürcüstanın və digər region ölkələrinin ərazi bütövlüyünə qarşı irəli sürülən işğalçı niyyətlərdən qaynaqlanırdı. 19-cu və 20-ci əsrlərin müəyyən dövrlərində bu sərsəm ideya, xüsusilə də erməni diaspor təşkilatları və radikal qruplar tərəfindən daha da şişirdilirdi. Lakin müasir dövrdə belə ideyaların səsləndirilməsi artıq sadəcə diplomatik deyil, həm də təhlükəsizlik baxımından narahatedici bir məsələdir. O zamankı Ermənistan rəhbərliyində təmsil olunan bəzi şəxslərin bu tip təxribatçı bəyanatlar verməsi, regionda sabitliyin və sülhün bərqərar olmasına ciddi əngəl törədirdi. Xüsusilə də, 30 ilə yaxın bir dövrdə Azərbaycanın Qarabağ bölgəsinin işğal altında saxlanması və orada həyata keçirilən etnik təmizləmə siyasəti “böyük Ermənistan” xülyasının hansı faciələrə səbəb olduğunu açıq şəkildə göstərdi. Qeyd edək ki, tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti 27 sentyabr 2020-ci il tarixdə müharibəni qaçılmaz etdi.
Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ildə apardığı Vətən müharibəsi bu xülyanın nə qədər əsassız və mənasız olduğunu bir daha sübut etdi.
2020-ci il sentyabr ayının 27-də baş verən növbəti erməni hərbi təxribatlarından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu təxribatlara və bütünlükdə davam edən işğala son qoyulması qərarını verdi: “Biz dedik yetər artıq, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Mən Ali Baş Komandan kimi əmr verdim ki, Azərbaycan əsgəri irəli, torpağımızı azad etməliyik, işğala son qoymalıyıq, işğalçını cəzalandırmalıyıq və belə də oldu. Azərbaycan 44 gün ərzində istədiyinə nail oldu, ədaləti bərpa etdi”.
Bəli, bütün dünya gördü və hər kəs əmin oldu ki, Azərbaycan Ordusunun qüdrəti düşmənin düşündüyündən çox güclüdür. Bunun nəticəsidir ki, müxtəlif təşkilatların illərlə həll edə bilmədiyi, həll etmək istəmədiyi problemi Azərbaycan Ordusu 44 gün ərzində həll etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı - Vətən müharibəsi başlayanda ilk günlərdə, ilk döyüşlərdə nisbətən müqavimət göstərə bilən düşmən döyüşə-döyüşə geri çəkilirdi. Azərbaycanın ordu hissələri düşmənin müdafiə səddini darmadağın etdi, hərbi resurslarını məhv etdi. Düşmənin canlı qüvvəsi, muzdlu döyüşçüləri çarəsiz müdafiə döyüşləri aparırdı. Döyüşməyə gücü, taqəti qalmayan, Azərbaycan Ordusunun gücü, qüvvəti, qüdrəti qarşısında dayana bilməyən məğlub ordunun şəxsi heyəti döyüş texnikalarını, silahlarını atıb qaçırdı.
Ermənistanın döyüşlərdə itirdiyi, əsgər və zabitlərinin atıb getdiyi döyüş texnikaları, artilleriya qurğuları, maşınları Bakıda yaradılan Hərbi Qənimətlər Parkına gətirildi. Hərbi Qənimətlər Parkı isə Vətən müharibəsində qazanılan qələbənin nişanələrindəndir. Bu nişanə Azərbaycan Ordusunun qürur, Ermənistan ordusunun məğlubiyyət rəmzi kimi gələnlərin, görənlərin düşüncələrinə hopur və hopacaq. Parkda ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimət-eksponat kimi göstərilir və göstəriləcək. Bu eksponatları görənlər işğalçıların aqibətini görür və görəcək. Yəni, Hərbi Qənimətlər Parkı mahiyyət etibarilə bəşəri ideyalara xidmət edən Parkdır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin səsləndirdiyi “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib” sözlərini qürurla xatırlayırıq.
Ölkə başçısının da səsləndirdiyi kimi, “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məhz onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq.
Asəf Salmanov
YAP Qazax rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34

