Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şəmkirdə Anım Günü ilə bağlı ağacəkmə askiyası keçirildi

Şəmkirdə Anım Günü ilə bağlı ağacəkmə askiyası keçirildi

23.09.2026 [18:16]

Şəmkir Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü münasibətilə şəhid ailələrinin iştirakı ilə Şəhidlər Xiyabanında ağacəkmə aksiyası keçirildi.

Şəhidlərimizin əziz xatirəsinin yaşadılması və Şəhidlər Xiyabanının yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə təşkil olunan aksiyada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri və YAP Şəmkir rayon təşkilatının kollektivi, aidiyyəti xidmət təşkilatlarının əməkdaşları iştirak etdilər.

Aksiya çərçivəsində xiyabanın yaşıllıq üçün nəzərdə tutulan ərazisində müxtəlif növ ağaclar əkildi, suvarma işləri aparıldı.

Həmçinin mövcud ağaclara aqrotexniki qulluq göstərildi, yaşıllıqların qorunması ilə bağlı zəruri tədbirlər görüldü.

Eyni zamanda, Anım Gününə hazırlıq çərçivəsində xiyabanda aparılan abadlıq işlərinə baxış keçirildi, şəhid ailələrinin istək və təklifləri dinlənildi. Səsləndirilən məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verildi.

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

“Birliyin Gücü - 2026”

23 Sentyabr 12:19  

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30