Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakıda Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçiriləcək

Bakıda Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçiriləcək

24.09.2026 [21:15]

Oktyabrın 6-da Bakıda “Orta Dəhliz boyunca infrastrukturun, yaşıl enerjinin və rəqəmsal bağlantının maliyyə imkanları” mövzusunda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçiriləcək.

AZƏRTAC Alman-Azərbaycan Xarici Ticarət Palatasına istinadla xəbər verir ki, konfransın məqsədi ikitərəfli və regional iqtisadi əməkdaşlığı dərinləşdirmək, eləcə də Azərbaycanda və daha geniş regionda dayanıqlı inkişafın dəstəklənməsi üçün Almaniya və Avropa maliyyəsi, texnologiyası və ekspertizasını cəlb etməkdir.

Konfrans Almaniya, Azərbaycan və tərəfdaş ölkələrdən dövlət nümayəndələrini, maliyyə institutlarını, layihə sahiblərini və biznes liderlərini bir araya gətirəcək. Tədbir çərçivəsində investisiya imkanları müzakirə olunacaq, həmçinin Orta Dəhliz boyunca infrastruktur, enerji keçidi və rəqəmsal bağlantı sahələrində strateji layihələrin maliyyələşdirilməsi imkanları nəzərdən keçiriləcək.

Konfrans Bakıda regional əməkdaşlıq və konstruktiv dialoq üçün mühüm platforma rolunu oynayacaq.

Paylaş:
Baxılıb: 184 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30