/ / Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır
24.09.2026 [21:24]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli iqtisadi islahatlar ölkəmizin dayanıqlı inkişaf modelini keyfiyyətcə yeni mərhələyə yüksəldir. Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş milli iqtisadiyyatımızın yaxın və uzaq gələcək xəritəsini müəyyən edən tarixi hadisə oldu.
Prezident İlham Əliyevin müşavirədəki proqram xarakterli çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan öz təbii resurslarından maksimum səmərəli və elmi əsaslarla istifadə etməklə, sadəcə xammal ixrac edən ölkədən tam istehsal zəncirinə malik, yüksək əlavə dəyər yaradan sənaye mərkəzinə çevrilmək yolunu tutmuşdur. Cənab Prezidentin vurğuladığı kimi, aprel ayında imzalanmış müvafiq Sərəncam əsasında hazırlanan bu Dövlət Proqramının icrası ilə ölkəmizdə tamamilə yeni, müasir və qlobal miqyasda rəqabətqabiliyyətli sənaye istiqaməti bərqərar olacaqdır.
Müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən qəbul edilən Dövlət proqramlarının əsas fərqləndirici xüsusiyyəti onların həddindən artıq konkret, ölçülə bilən və qısamüddətli olmasıdır. Bəzi irimiqyaslı su təsərrüfatı və bərpa layihələrini istisna etməklə, dağ-mədən və metallurgiya sahəsini əhatə edən yeni proqram cəmi 4 il ərzində – 2027-ci ildən 2030-cu ilin sonuna qədər tam icra olunmalıdır.
Bu dinamik yanaşma dövlətin idarəetmə mexanizmlərinin nə qədər çevik və nəticəyönümlü olduğunu bir daha təsdiqləyir. Proqramın icrası üçün tələb olunan maliyyə təminatı, icra və nəzarət mexanizmləri tam hazırdır. Dövlət büdcəsi və Dövlət İnvestisiya Proqramı çərçivəsində ayrılacaq vəsaitlər bu strateji hədəflərin vaxtında, şəffaf və keyfiyyətlə reallaşmasını təmin edəcəkdir.
Eyni zamanda, bu proqram bizim regionların sosial-iqtisadi inkişafı üzrə 2004-cü ildən uğurla icra edilən strateji xəttimizin məntiqi davamıdır. Əhalinin artması, məşğulluq tələbləri və iqtisadiyyatın böyüməsi fonunda dövlət investisiya proqramlarının daim yenilənməsi bölgələrimizin simasını köklü şəkildə dəyişir.
Ölkəmizin bu gün dağ-mədən və metallurgiya kimi yüksək maliyyətutumlu və böyük enerji tələb edən sahələrə milyardlarla manat sərmayə yönəldə bilməsi təsadüfi deyildir. Bu gün əldə edilən nailiyyətlər son 20 il ərzində təməli qoyulmuş sarsılmaz infrastruktur bazasına dayanır.
Təkcə bir faktı xatırlamaq kifayətdir ki, 20 il əvvəl xaricdən həm təbii qaz, həm də elektrik enerjisi idxal edən Azərbaycanda bu gün qazlaşdırma səviyyəsi 96 faizə çatmış, il ərzində 25 milyard kubmetrdən çox təbii qaz ixrac edilmiş, daxili tələbatımız hesabına nəhəng ehtiyat generasiya gücləri yaradılmışdır.
30 illik işğal dövründə Ermənistan dövləti təkcə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu vəhşicəsinə məhv etməklə kifayətlənməmiş, qızıl, mis və molibden yataqlarımızı da beynəlxalq hüquqa zidd olaraq talamışdır. Bu gün sərvətlərimizin əsl sahibinə qayıtması ilə həmin ərazilərdə yeni geoloji kəşfiyyat və müasir istismar dövrü başlayır. Dövlət Proqramı çərçivəsində Ağdərə rayonunda artıq praktiki işlərə başlanılmış, yaxın gələcəkdə Kəlbəcər və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarında ən müasir texnologiyalarla istismar işlərinə start veriləcəkdir. İşğaldan azad edilmiş ərazilərlə yanaşı sovet dövründən qalan köhnəlmiş məlumatlar yenilənərək, Naxçıvanın zəngin təbii resurs ehtimalı yüksək olan zonalarında gələn ildən etibarən genişmiqyaslı geoloji kəşfiyyat aparılması, Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonundakı “Filizçay” polimetal yatağında “AzerGold” QSC tərəfindən hazırlıq işlərinin yekunlaşması, “Daşkəsən” filiz yatağının istismarı və ətraf bölgələrin xammal bazası əsasında Qərb Sənaye Parkının yaradılması filiz hasilatından başlayaraq zənginləşdirmə, pelet və briketlənmiş dəmir zavodlarının tikintisi ilə son məhsul zəncirinin qurulması bu sahədə köklü inkişafdan xəbər verir.
Qarşıdakı dövrdə məhsulun iqtisadi səmərəliliyini artırmaq üçün filizlərin daşınmasında və yük tariflərində müvafiq güzəştlərin tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, dövlət başçısının çıxışında vurğuladığı ən mühüm prinsiplərdən biri ekoloji təhlükəsizlikdir. “Əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir”. Bu prinsip həm dövlət şirkəti olan “AzerGold” QSC, həm də özəl və xarici investorlar üçün dəyişməz tələbdir. Ən yüksək beynəlxalq ekoloji ekspertiza normalarına riayət olunması məcburidir və bu standartları pozan subyektlər ən ciddi şəkildə cəzalandırılacaqdır.
Ayrıcı bir istiqamət kimi, metallurgiya sənayesində alüminium istehsalının 2030-cu ilə qədər 100 min tona çatdırılması hədəflənir. Müasir texnologiyalarla təchiz olunacaq yeni zavodlar ölkəmizin emal sənayesinin ixrac imkanlarını dəfələrlə artıracaqdır. Prezident İlham Əliyevin yerli və xarici investorlara ünvanladığı “Qapılar açıqdır” mesajı Azərbaycanın açıq, şəffaf və rəqabətədavamlı biznes mühitinə sadiqliyini növbəti dəfə nümayiş etdirir. Maliyyətutumlu, lakin son dərəcə gəlirli olan bu sahə yüksək qızıl və metal qiymətləri fonunda ölkəmizə milyardlarla manat gəlir gətirəcəkdir.
Əminliklə demək olar ki, cənab Prezidentin rəhbərliyi ilə qəbul edilən bu strateji proqram Azərbaycanın iqtisadi müstəqilliyini və qüdrətini daha da möhkəmləndirəcək, xalqımızın rifahına misilsiz töhfələr verəcək, həmçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun sürətli məskunlaşması və məşğulluğuna təkan verməklə bərabər, dövlət büdcəsinə vergi daxilolmalarını kəskin artıracaq, qeyri-neft eksport potensialımızı keyfiyyətcə yeni səviyyəyə qaldıracaqdır.
Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxAnalitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
İqtisadiyyat
24 Sentyabr 21:40
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10

