27 Sentyabr – Zəfərə aparan yolun başlanğıcı
25.09.2026 [14:14]
Azərbaycan xalqının tarixində bəzi günlər vardır ki, həmin tarixlər milli yaddaşın ayrılmaz hissəsinə çevrilir. 27 Sentyabr da belə günlərdəndir. Anım Günü kimi qeyd olunan bu tarix Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsinə ehtiramı ifadə etməklə yanaşı, Azərbaycan xalqının 44 günlük mübarizəsinin başlanğıcını simvolizə edir.
Uzun illər ərzində Azərbaycan torpaqlarının işğal altında saxlanılması regionda davamlı gərginlik mənbəyi olmuşdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, o cümlədən tarixən səsləndirilmiş “dənizdən-dənizə Ermənistan” kimi əsassız ideyalar bu siyasətin ideoloji təzahürlərindən biri olmuşdur. İşğal nəticəsində yüz minlərlə azərbaycanlı doğma yurdlarından didərgin düşmüş, şəhər və kəndlərimiz dağıdılmışdır.
Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllinə çalışsa da, Ermənistanın təxribatları davam etmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı.
Həmin gündən etibarən Azərbaycan xalqı böyük birlik və həmrəylik nümayiş etdirdi. Cəbhədən gələn hər bir qələbə xəbəri xalqımızda böyük ruh yüksəkliyi yaradırdı. Ordumuz bir-birinin ardınca mühüm yaşayış məntəqələrini və strateji yüksəklikləri azad edirdi.
Prezident İlham Əliyev həmin dövrü xarakterizə edərkən qeyd etmişdir: “44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq.” Bu fikir Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi iradə və əzmkarlığın mühüm ifadəsidir.
Şuşanın azad edilməsi isə müharibənin taleyində xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri oldu. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar nəticəsində Ermənistan rəhbərliyi kapitulyasiya sənədini imzalamağa məcbur oldu. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi yollarla təmin etdi. Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik.”
Lakin bu tarixi Qələbənin qiyməti çox ağır oldu. Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusu Vətən uğrunda şəhidlik zirvəsinə ucaldı. Onların fədakarlığı xalqımızın ərazi bütövlüyünün bərpasında həlledici rol oynadı. Buna görə Anım Günü ilk növbədə şəhidlərimizin xatirəsinə ehtiram günüdür.
Dövlətimizin başçısının 27 Sentyabr 2021-ci ildə xalqa müraciətində söylədiyi “Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq” fikri xalqımızın şəhidlərə münasibətini ifadə edən mühüm sözlərdəndir.
Vətən müharibəsinin tarixi nəticələrinin gələcək nəsillərə çatdırılması baxımından Hərbi Qənimətlər Parkının da xüsusi əhəmiyyəti vardır. Parkda Ermənistan ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının bir hissəsi nümayiş etdirilir. Prezident İlham Əliyev parkın açılışında bu məkanın əhəmiyyətini belə ifadə etmişdir: “Burada nümayiş etdirilən texnika məhv edilmiş və qənimət götürülmüş düşmən texnikasının kiçik bir hissəsini təşkil edir.” Dövlət başçısı həmçinin bildirib ki, parka gələn hər kəs Azərbaycanın Qələbəsinin nə qədər çətin mübarizə nəticəsində əldə edildiyini görəcək. Hərbi Qənimətlər Parkı bu baxımdan yalnız hərbi texnikanın nümayiş etdirildiyi məkan deyil. O, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin maddi yaddaş nümunələrindən biridir.
27 Sentyabr – Anım Günü bizə şəhidlərimizin müqəddəs xatirəsini yaşatmağın, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmağın vacibliyini xatırladır. Bu gün hər bir Azərbaycan vətəndaşı Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın qarşısında dərin ehtiramla baş əyir. Şəhidlərimizin adı xalqımızın qəlbində əbədi yaşayacaq. Onların müqəddəs ruhu qarşısında borcumuz isə Zəfərimizin və müstəqil Azərbaycanın dəyərlərini qorumaqdır. 27 Sentyabr – Anım Günü şəhidlərimizə sonsuz ehtiramın, milli yaddaşımızın və Zəfər tariximizin müqəddəs səhifəsidir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova
Xəbər lenti
Hamısına baxSiyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16

