Dağ-mədən və metallurgiya sənayesinin inkişafı yeni iqtisadi imkanlar açır
25.09.2026 [14:32]
Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun genişləndirilməsi və ölkənin malik olduğu təbii resurslardan daha səmərəli istifadə olunması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət yeni mərhələyə qədəm qoyur. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirənin keçirilməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında ölkənin sənaye potensialının daha da gücləndirilməsi, təbii sərvətlərin iqtisadi dövriyyəyə cəlb edilməsi və xammaldan son məhsula qədər bütöv istehsal zəncirinin formalaşdırılması əsas prioritetlər kimi diqqətə çatdırılıb.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dağ-mədən və metallurgiya sənayesi ölkə iqtisadiyyatı, xüsusilə də qeyri-neft sektorunun inkişafı üçün böyük perspektivlər vəd edən sahələrdəndir. Bu istiqamətin inkişafı yalnız yeni istehsal müəssisələrinin yaradılması ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın zəngin mineral resurslarının daha səmərəli şəkildə istifadəsinə, yüksək əlavə dəyər yaradan məhsulların istehsalına və ixrac imkanlarının genişləndirilməsinə şərait yaradır. Dövlət Proqramının əsas mahiyyəti də məhz təbii sərvətlərin xammal kimi çıxarılması ilə kifayətlənməyərək onların ölkə daxilində emalını və tam dəyər zəncirinin yaradılmasını təmin etməkdir.
Dövlət Proqramının 2027–2030-cu illərdə icrası üçün ümumi investisiya ehtiyacı 5,3 milyard manat qiymətləndirilir. Bunun böyük hissəsinin qeyri-büdcə mənbələri hesabına formalaşdırılması nəzərdə tutulur. Proqram çərçivəsində sektorun əlavə dəyərinin və illik ixrac potensialının 2,6 dəfə artırılması qarşıya mühüm hədəf kimi qoyulub. Eyni zamanda, beş mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur ki, bu da yeni sənaye istiqamətinin sosial-iqtisadi əhəmiyyətini aydın şəkildə göstərir.
Xüsusilə “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” yataqlarının istismara hazırlanması, “Filizçay” yatağında mis, sink və qurğuşunun tamhəcmli emalının həyata keçirilməsi, “Söyüdlü”də qızılın emalı, “Daşkəsən” layihəsində isə isti briketləşdirilmiş dəmir istehsalı gücünün yaradılması ölkənin metallurgiya sənayesinin yeni mərhələyə yüksəlməsinə imkan verəcək. Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi də bu prosesin mühüm istiqamətlərindən biridir.
Beləliklə, qarşıdakı illərdə Azərbaycanın mineral resurs potensialının iqtisadi gücə çevrilməsi, yeni istehsal sahələrinin yaradılması, məşğulluğun artırılması və sənaye müəssisələrinin müasir texnologiyalar əsasında inkişaf etdirilməsi üçün geniş imkanlar formalaşacaq. Bu isə iqtisadiyyatın şaxələndirilməsinə, regionların inkişafına və ölkənin sənaye xəritəsinin daha da zənginləşməsinə mühüm töhfə verəcək.
Azərbaycanın iqtisadi inkişaf modelində enerji sektorunun xüsusi yeri var. Ölkəmiz illər ərzində həyata keçirilən irimiqyaslı enerji layihələri, etibarlı tərəfdaşlıq siyasəti və beynəlxalq əməkdaşlıq nəticəsində regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol qazanan dövlətlərdən birinə çevrilib. Prezident İlham Əliyevin çıxışlarında da Azərbaycanın enerji siyasətinin ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və iqtisadi imkanlarının genişlənməsinə verdiyi töhfə dəfələrlə vurğulanıb.
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri enerji sektorunda formalaşdırılmış potensialı digər strateji iqtisadi istiqamətlərə də daşımaq, qeyri-neft sənayesinin inkişafını sürətləndirmək və yeni ixrac imkanları yaratmaqdır. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı məhz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Enerji sektorunda əldə olunan təcrübə, formalaşmış investisiya mühiti və beynəlxalq tərəfdaşlıq imkanları Azərbaycanın yeni sənaye sahələrinin inkişafı üçün də mühüm baza yaradır.
2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın iqtisadi potensialının daha geniş miqyasda səfərbər edilməsinə hesablanıb. Dövlət başçısının vurğuladığı kimi, məqsəd təbii sərvətlərdən səmərəli istifadə etməklə yanaşı, ölkə daxilində istehsal zəncirini formalaşdırmaq, əlavə dəyər yaratmaq və Azərbaycanın sənaye potensialını daha da gücləndirməkdir. Proqramın uğurlu icrası ölkəmizin qeyri-neft sektorunun inkişafına, ixrac imkanlarının genişlənməsinə, yeni iş yerlərinin açılmasına və iqtisadi dayanıqlığın daha da möhkəmlənməsinə xidmət edəcək.
Vəfa Məmmədova
YAP Kəngərli rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

