Bərdə, Tərtər və Goranboyda ağsaqqalların hesabat-seçki konfransları keçirilib
26.09.2026 [10:49]
Sentyabrın 23-də Bərdə, Tərtər və Goranboy rayonlarında Ağsaqqallar Şuralarının hesabat-seçki konfransları keçirilib. Konfranslarda rayon ağsaqqallarının hesabat dövründəki fəaliyyəti müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib və təşkilati məsələlərə baxılıb.
İlk olaraq Bərdə Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Konfransda Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Şuranın Aparat rəhbəri Ramin Həsənli, rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Konfransda Ulu Öndərin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının və hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Vidadi İsayev Bərdə rayonunun ictimai və mədəni həyatında ağsaqqalların xüsusi rolundan danışıb. O, ağsaqqalların milli-mənəvi dəyərlərin qorunması, adət-ənənələrin yaşadılması və gənc nəslin düzgün istiqamətdə formalaşdırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.
Daha sonra Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, hesabat dövründə rayon ağsaqqalları ictimai tədbirlərdə fəal iştirak edib, milli-mənəvi dəyərlərin və adət-ənənələrin qorunması, gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi, maarifləndirici görüşlərin keçirilməsi istiqamətində fəaliyyət göstəriblər.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev çıxışında Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından konfrans iştirakçılarını salamlayıb. O, Bərdədə ağsaqqallarla görüşməkdən məmnunluğunu ifadə edib, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən və Azərbaycan Ağsaqqallar Şurasının bölgələrdə artan fəaliyyətindən danışıb.
Ağalar Vəliyev Bərdə Rayon Ağsaqqallar Şurasının hesabatını qənaətbəxş qiymətləndirib, rayon ağsaqqallarına təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Konfransın sonunda təşkilati məsələlərə baxılıb. Açıq səsvermə yolu ilə Yaşar Zamanov yenidən Bərdə Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Onun təqdimatı əsasında rayonun ictimai fəal və nüfuzlu ağsaqqallarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.
Daha sonra Tərtər Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Konfransda Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Şuranın Aparat rəhbəri Ramin Həsənli, rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Daha sonra Ulu Öndərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının və hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müstəqim Məmmədov çıxışında Tərtər rayonunda ağsaqqal sözünə və ağsaqqal nəsihətinə böyük hörmət göstərildiyini bildirib. O, ağsaqqalların rayonun ictimai həyatında fəal iştirak etdiklərini, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin düzgün istiqamətləndirilməsində mühüm rol oynadıqlarını vurğulayıb.
Tərtər Rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov hesabat məruzəsində təşkilatın ötən dövrdə həyata keçirdiyi işlər barədə məlumat verib. Qeyd olunub ki, rayon ağsaqqalları müxtəlif ictimai və maarifləndirici tədbirlərdə fəal iştirak edib, milli-mənəvi dəyərlərin, adət-ənənələrin yaşadılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstəriblər.
Respublika Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev çıxışında ağsaqqalların gənc nəslin tərbiyəsində mühüm rolundan danışıb. O, son illər boşanmaların artmasından, gənclərin bir qisminin müxtəlif mənfi vərdişlərə qurşanmasından narahatlığını ifadə edərək, bu məsələlərdə ağsaqqalların üzərinə düşən məsuliyyətin daha da artdığını vurğulayıb.
Ağalar Vəliyev Tərtər Rayon Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş qiymətləndirib, rayon ağsaqqallarına təşəkkürünü bildirib və qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb.
Konfransın sonunda təşkilati məsələlər müzakirə olunub. Açıq səsvermə nəticəsində Faiq Məmmədov yenidən Tərtər Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Onun təqdimatı əsasında rayonun ictimai fəal və nüfuzlu ağsaqqallarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.
Daha sonra Goranboy Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Konfransda Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Şuranın Aparat rəhbəri Ramin Həsənli, rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Konfransda Ulu Öndərin, şəhidlərin və hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məhərrəm Quliyev çıxışında Goranboy rayonunda ağsaqqalların ictimai həyatdakı fəallığını qeyd edib. O, ağsaqqalların milli-mənəvi dəyərlərin qorunması, ailə və cəmiyyət münasibətlərinin sağlamlaşdırılması, gənc nəslin tərbiyəsi və ictimai həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynadıqlarını bildirib.
Goranboy Rayon Ağsaqqallar Şurasının sədri Rəddin Məmmədov hesabat məruzəsində təşkilatın hesabat dövründə həyata keçirdiyi işlər barədə məlumat verib. Bildirilib ki, rayon ağsaqqalları ictimai və maarifləndirici tədbirlərdə fəal iştirak edib, gənclərlə görüşlər keçirib, milli-mənəvi dəyərlərin və adət-ənənələrin qorunmasına, vətənpərvərlik hissinin gücləndirilməsinə öz töhfələrini veriblər.
Ağalar Vəliyev çıxışında Respublika Ağsaqqallar Şurasının bölgələrdə fəaliyyətinin genişləndirilməsindən danışıb, Goranboy Rayon Ağsaqqallar Şurasının hesabatını qənaətbəxş qiymətləndirib. O, rayon ağsaqqallarının ictimai fəallığını yüksək qiymətləndirərək, qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb.
Konfransın sonunda təşkilati məsələlərə baxılıb. Açıq səsvermə nəticəsində Rəddin Məmmədov yenidən Goranboy Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Onun təqdimatı əsasında rayonun ictimai fəal və nüfuzlu ağsaqqallarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07

