İlk azad edilən şəhər
01.10.2026 [15:13]
İnkarolunmaz həqiqətdir ki, Azərbaycanın qazandığı qələbələr, bütün sahələrdə əldə etdiyi çoxsaylı uğurlar, nailiyyətlər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir. Bütün bunların təməli 1993-cü ildə xalqın təkidli tələbindən sonra Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qoyulmuşdur. O dövrdə ölkənin qarşılaşdığı xaos və parçalanma təhlükəsi şəraitində Ümummilli Liderin həyata keçirdiyi uğurlu islahatlar müstəqil dövlətçiliyin əsaslarını qoruyub saxlamaqla bərabər, uzunmüddətli strateji hədəfləri də müəyyən etdi. Zəfərə aparan yolun ilk və ən həlledici mərhələsi məhz bu dövrə təsadüf edir.
Dahi Şəxsiyyət Heydər Əliyev yalnız siyasi və hərbi sahədə deyil, həm də ideoloji müstəvidə də möhkəm təməllər qurdu. Onun əsasını qoyduğu azərbaycançılıq ideologiyası bu gün hər bir vətəndaşın milli kimliyini formalaşdıran dəyərə çevrilib. Xalqın birliyi Vətənə, torpağa bağlılığı, şəhidlik anlayışının müqəddəsliyi və vətənpərvərlik ruhunun cəmiyyətə aşılanması bu ideologiyanın əsas ana xəttidir. Ulu Öndər hər zaman qeyd edirdi: "Biz torpaqlarımızı sülh yolu ilə, amma lazım gələrsə, hərbi yolla da azad etməyə hazır olmalıyıq". Bu strateji yanaşma Azərbaycan dövlətinin Qarabağ məsələsində dəyişməz mövqeyinin əsasını təşkil etdi. Ulu Öndərin diplomatik fəaliyyəti nəticəsində Azərbaycan dünyada tanınan, regional liderliyə, qüdrətli bir dövlətə çevrildi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu gün uğurla davam etdirir. Xüsusilə, 2003-cü ildən sonra Azərbaycanın hərbi potensialının möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, iqtisadi dayanıqlılığının təmin edilməsi bu strateji xəttin tərkib hissəsi oldu. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi.
Altı il bundan əvvəl, 2020-cil il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi genişmiqyaslı təxribatları nəticəsində mülki şəxslər və hərbi qulluqçular şəhid oldu, yaralandı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücuma keçərək düşməni sarsıtdı. Azərbaycan Ordusu düşmənə ciddi zərbə vuraraq 30 ilə yaxın davam edən həsrətə 44 gün ərzində son qoydu. Nəticədə 2020-ci il noyabrın 8-də Vətən müharibəsi Azərbaycan Ordusunun Böyük Zəfəri ilə başa çatdı. Bu tarixi Zəfər Ümummilli Lider Heydər Əliyevin illərlə formalaşdırdığı dövlətçilik strategiyası nəticəsində qazanıldı.
Qeyd etmək lazımdır ki, Böyük Zəfərdən xeyli əvvəl, 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi.
Vətən müharbəsinin ilk günü Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonun Mirzənağılı, Qazaxlar, Əhmədalılar və Horadiz şəhəri də daxil olmaqla yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğu bildirildi. Bir saat sonra Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada isə Füzuli-Cəbrayıl istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinin susdurulduğu və onların döyüş fəaliyyətinin qarşısının alındığı bildirildi. Elə həmin gün günorta saatlarında Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri də daxil olmaqla altı yaşayış məntəqəsinin işğaldan azad edildiyi bildirildi. 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.
Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.
İşğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Azad edilmiş bütün ərazilərdə, eləcə də Cəbrayıl şəhərində inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları yaradılır, tam yeni infrastruktur qurulur. Küçələr, parklar, xiyabanlar salınır, qələbə abidələri ucaldılır, Cəbrayıllılar doğma yurdlarına qayıdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Zəfər yolunun başlanğıcı, ilk azad edilən şəhər kimi oktyabrın 4-ü Cəbrayılın azadlığının təntənə günüdür. Cəbrayıllılar və bütün xalqımız bu günü böyük təmtəraqla qeyd edirlər.
Babək Vələdov
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32

