“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub
02.10.2026 [20:52]
Bakı Ekspo Mərkəzində “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində “Süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər: məlumatların idarə edilməsi və kiberdayanıqlılıq” mövzusunda innovasiya sessiyası keçirilib.
Azərbaycan Texniki Universitetindən (AzTU) AZƏRTAC-a bildirilib ki, AzTU-nun Kibertəhlükəsizlik və Müdafiə Texnologiyaları İnstitutunun direktoru, dosent Rahid Ələkbərlinin moderatorluğu ilə təşkil olunan sessiyada Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəisi Murad Balayev, İqtisadiyyat Nazirliyinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin layihə rəhbəri Tural Nağıyev, AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun böyük elmi işçisi Cavid Abbaslı, “Azərkosmos”un CİS Mərkəzinin Süni İntellekt bölməsinin rəhbəri Həmid Əskərov, “EUROMED” regionunda tərəfdaş şəbəkəsinin idarə edilməsi üzrə senior direktor Alper Soysal və “MegaSec” MMC-nin direktoru Qabil Qasımov iştirak ediblər.
Müzakirələr zamanı süni intellektin tənzimlənməsi, məlumatların idarə edilməsi, kibertəhlükəsizlik və təhlükəsiz rəqəmsal sistemlərin dayanıqlılığı ilə bağlı aktual məsələlər diqqət mərkəzində olub.
Sessiyanın əsas müzakirə mövzuları sırasında milli səviyyədə süni intellekt əsaslı monitorinq sistemləri və Milli CERT-in rolu, real vaxt rejimində qərar qəbuletmə ilə məlumatların qorunması arasında balans, tibbi süni intellekt standartlarının kritik infrastruktura tətbiqi, peyk görüntülərinin superrezolyusiya imkanları, rəqəmsal əkiz (Digital Twin) məlumatlarının idarə edilməsi və əqli mülkiyyətin qorunması, həmçinin kibertəhlükəsizlik üzrə ekspertizanın inkişafı və Azərbaycan dilində süni intellekt modellərinin yaradılması məsələləri yer alıb.
Müzakirələr zamanı süni intellekt sahəsində idarəetmənin lokallaşdırılması, kiberdayanıqlılığın biznes davamlılığı ilə əlaqələndirilməsi və rəqəmsal təchizat zəncirində məlumat suverenliyi məsələlərinin aktuallığı vurğulanıb.
Bununla yanaşı, texnoloji transformasiyanın və müasir texnoloji trendlərin universitetlərlə əməkdaşlıq çərçivəsində tətbiqi, eləcə də uğurlu təcrübələrin innovasiya ekosisteminə inteqrasiyasının əhəmiyyəti diqqətə çatdırılıb.
Sessiya çərçivəsində milli süni intellekt idarəçiliyi, kiber müdafiə və məlumat suverenliyi ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
06 Oktyabr 00:14
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09

