Elçin Əmirbəyov İsveçrə Konfederasiyasında işgüzar səfərdə olub
03.10.2026 [10:54]
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Bern şəhərində İsveçrə Federal Xarici İşlər Departamentinin dövlət katibi Aleksandr Fazel, Milli təhlükəsizlik müşaviri Qabriel Lüxinger, Parlamentin Beynəlxalq Münasibətlər Katibliyinin rəhbəri Klaudio Fişer və Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin (GCSP) rəhbər nümayəndələri ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycan–İsveçrə münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, regional təhlükəsizlik və nəqliyyat bağlantıları, eləcə də humanitar minatəmizləmə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Dövlət katibi Aleksandr Fazel ilə görüşdə son dövrdə həyata keçirilmiş yüksək səviyyəli qarşılıqlı səfərlərin, habelə Birgə İqtisadi Komissiyanın keçən ay Berndə keçirilmiş iclasının ölkələrimiz arasında əməkdaşlığın inkişafına verdiyi təkan qeyd edilib. Sənaye, yaşıl enerji, rəqəmsal texnologiyalar, innovasiya, kənd təsərrüfatı və turizm sahələrində əlaqələrin genişləndirilməsi, İsveçrə şirkətlərinin Azərbaycanda fəaliyyətinin, o cümlədən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələrində daha fəal iştirakının təşviq edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd edilməsi, habelə yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi imkanları nəzərdən keçirilib.
Elçin Əmirbəyov Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin hazırkı mərhələsi və əldə olunmuş praktiki nəticələr barədə məlumatı qarşı tərəfin diqqətinə çatdırıb. Qarşılıqlı etimadın möhkəmləndirilməsinin, iqtisadi və ticarət əlaqələrinin inkişafının, habelə vətəndaş cəmiyyətləri arasında təmasların sülhün faydalarının hər iki ölkənin əhalisinə çatdırılmasında mühüm rol oynadığı vurğulanıb. Davamlı sülhün təmin edilməsi və sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfinin zəruri hesab etdiyi addımlar barədə qarşı tərəfə ölkəmizin mövqeyi çatdırılıb. Qeyd edilib ki, sülh sazişinin müddəaları ilə Ermənistanın hazırkı Konstitusiyası arasında mövcud hüquqi uyğunsuzluğun aradan qaldırılması sülh prosesinin dönməzliyinin təmin edilməsi və hazırda formalaşmış de-fakto sülhün davamlılığının təmin olunması baxımından zəruri və qaçılmazdır.
Regional bağlantılar kontekstində Orta Dəhlizin inkişafı, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin bərpasını təmin edəcək Zəngəzur dəhlizinin, habelə onun tərkib hissəsi olan TRIPP layihəsinin həyata keçirilməsinin regional əməkdaşlığın genişləndirilməsinə və sülhün möhkəmləndirilməsinə verə biləcəyi töhfələr müzakirə olunub.
İsveçrənin Milli təhlükəsizlik müşaviri Qabriel Lüxinger ilə görüşdə Avrasiya regionunda davam edən hərbi münaqişələrin sülh yolu ilə mümkün həlli imkanları barədə fikir mübadiləsi aparılıb. Azərbaycan ilə İsveçrə arasında təhlükəsizlik sahəsində təmasların genişləndirilməsi, o cümlədən kibertəhlükəsizlik, hibrid təhdidlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirə aparılıb.
Parlament Katibliyinin rəhbəri Klaudio Fişer ilə görüşdə Elçin Əmirbəyov parlamentlərarası təmasların intensivləşdirilməsinin və qarşılıqlı səfərlərin təşkilinin xalqlarımız arasında əlaqələrin inkişafına verə biləcəyi töhfəni xüsusi vurğulayıb.
Səfər çərçivəsində Azərbaycanda mina və partlamamış hərbi sursatların yaratdığı humanitar təhlükə, onların keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına və bərpa-quruculuq işlərinə mənfi təsiri barədə məlumat verilib. İsveçrə tərəfi humanitar minatəmizləmə sahəsində dəstək imkanlarını, o cümlədən Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi vasitəsilə mümkün layihələri nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzində keçirilmiş görüşdə sözügedən qurumla Azərbaycandakı ali təhsil müəssisələri və beyin mərkəzləri arasında qarşılıqlı maraq doğuran tədqiqat və təlim proqramları üzrə əməkdaşlığın davam etdirilməsi imkanları nəzərdən keçirilib.
Səfər çərçivəsində Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, həmçinin İsveçrənin nüfuzlu həftəlik nəşri “Die Weltwoche”yə müsahibə verib.
Xəbər lenti
Hamısına baxSiyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30
Siyasət
02 Oktyabr 11:27
Siyasət
02 Oktyabr 11:25
İqtisadiyyat
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:22
Siyasət
02 Oktyabr 11:20
Sosial
02 Oktyabr 11:16
İqtisadiyyat
02 Oktyabr 10:58
Dünya
02 Oktyabr 10:55
İqtisadiyyat
02 Oktyabr 10:44
Daxili siyasət
02 Oktyabr 10:42
İqtisadiyyat
02 Oktyabr 10:26

