Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dövlətin prioriteti - hərbi və təhlükəsizlik məsələləri ön plandadır

Dövlətin prioriteti - hərbi və təhlükəsizlik məsələləri ön plandadır

07.10.2026 [13:30]

Son 23 ildə hərbi xərclərimiz 58 dəfədən çox artırılıb

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) Qurultayında ölkəmizin hərbi gücünün artdığını, qarşıdakı illərdə hərbi xərclərin prioritet istiqamətlərdən biri kimi diqqətdə saxlanılacağını bildirdi. Bəyan oldunduğu kimi gələn ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön planda olacaq və bu sahəyə təqribən 9 milyard manata yaxın vəsait ayrılması nəzərdə tutulur.

Maliyyə Nazirliyi tərəfindən bir neçə gün əvvəl Nazirlər Kabinetinə təqdim edilmiş 2027-ci ilin dövlət büdcəsi layihəsinin ilkin variantında büdcə xərclərinin əsas parametrləri sırasında müdafiə və milli təhlükəsizlik  üzrə xərclərə xüsusi yer ayrılıb. Həmin xərclərin ümumi büdcə portfelində çəkisi təxminən 21 faizə bərabərdir. Xərclərin məbləği isə 8 milyard 816,4 milyon manat təşkil edir. Həmin xərclərə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən sərhədlərin bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının  müasirləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin və layihələrin icrası aiddir. Büdcə layihəsinin noyabr ayında parlamentdə müzakirələri zamanı xərclərin təsnifatında dəyişikliklərin edilməsi istisna edilmir, bu isə hərbi xərclərin bir qədər də artırılmasına səbəb ola bilər.

Azərbaycan hərbi xərclərini niyə artırır?

İlk növbədə, Ermənistanla sülh sazişinin paraflanmasına və sülh prosesində müsbət addımların artırılmasına baxmayaraq, tarixi həqiqətləri unutmaq olmaz. Ermənilər tarixin bütün dövrlərində nankorluq edib, xalqımız dəfələrlə faciə ilə üzləşib. Ermənilərin şirin sözlərinə, “xoş davranışlarına” aldanmaqla tarixi dövrlərdə onların arxadan alçaqcasına vurduğu zərbələrin acısını unutmamışıq. Ölkəmizin bir az büdrəməsi ermənilər üçün fürsət ola bilər.

Bundan başqa, Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətdən sonra itirdiyi hərbi potensialını artırmaq və revanşizm məqsədilə son 5 ildir ki, militarizasiya büdcəsi formalaşdırır. Son 5 ildə bu ölkənin hərbi xərcləri hər il təxminən 15-20 faiz artırılır. 2021-ci ildə müdafiə xərclərini 311,7 milyard dram (638 milyon dollar) təsdiqləyən Ermənistan 2022-ci ildə bu rəqəmi 345,5 milyard dram (719 milyon dollar), 2023-cü ildə bu rəqəmi 517,3 milyard drama (1,28 milyard dollar), 2024-cü ildə isə 550 milyard drama (1,38 milyard dolları), 2025-ci ildə 580 milyard drama (1,4 milyard dollar) 2026-cı ildə 600 milyard drama (1,5 milyard dollar) çatdırıb. Ermənistan genişmiqyaslı militarizasiya siyasətinə uyğun olaraq xarici yardım və qrantlar, donorların vəsaitləri hesabına davamlı silah alışları həyata keçirir və 2027-ci ildə hərbi büdcəni artıraraq 620 milyard drama çatdırmağı planlaşdırır.

Bu realllıq Azərbaycanı da adekvat tədbirlər görməyə məcbur edir və yaranmış reallıqlar büdcə siyasətinə də yeni baxış formalaşdırır, dövlət büdcəsi post-müharibə dövrünün çağırışlarına uyğunlaşdırılır. Bu və digər amilləri nəzərə aldıqda, daha ayıq olmaq, ermənilərdən 10 qat güclü olmaq başlıca məqsəddir. Hərbi qüdrəti dayanıqlı olan Azərbaycana isə ermənilərin hansısa plan qurmağa cəsarəti çatmaz.

İkinci amil dünyada gedən proseslər, müharibələrdir. Şimalda, Cənubda, Yaxın Şərqdə - perimetr üzrə ətrafımızda müharibələr, toqquşmalar davam edir və müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur. “Çünki beynəlxalq hüquq tamamilə sıradan çıxıb. Ona əhəmiyyət verənlərin sayı kəskin azalır. Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək”.

150 milyon manatdan 8,7 milyard manata...

Ümumilikdə, Azərbaycanın iqtisadi imkanları və maliyyə potensialı gücləndikcə büdcədə əsas hədəf xərcləri kimi müdafiə sahəsində yönəldilən vəsaitlərin həcmi davamlı olaraq son 23 ildə artırılıb. 2003-cü ildə 150 milyon manat olan hərbi xərclərin büdcədəki payı davamlı olaraq hər il artırılmaqla 2020-ci ildə 4 milyard manata çatdırılıb. Bu tarixi Zəfərin əldə edilməsində mühüm rol oynayıb.

Azərbaycanın hərbi-müdafiə xərclərinin artımı 44 günlük müharibədəki qələbədən sonra yenə də diqqətdə saxlanılmaqla büdcədə əsas xərc maddəsi kimi qalıb. Belə ki, 2021-ci ildə büdcədən ayrılan müdafiə və milli təhlükəsizlik xərclərinin məbləği 4 milyard 585 milyon manat, 2022-ci ildə 5 milyard 84 milyon manat, 2023-cü ildə 6 milyard 54 milyard manat təşkil edib. 2024-cü ildə isə xüsusi təyinatlı alışlar üzrə xərclər istisna olmaqla, müdafiə və milli təhlükəsizlik xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin həcmi 6 milyard 421 milyon manat təşkil edir ki, bu da 2023-cü illə müqayisədə 366,2 milyon manat və ya 6 faiz çoxdur. 2025-ci ilin büdcə zərfində isə hərbi xərclərin məbləği 8 milyard 565 milyon manat təsdiqlənib. 2026-cı ilin dövlət büdcəsində müdafiə xərclərinin məbləği 8,7 milyard manat məbləğində təsdiq edilib.

Beləliklə, son 23 ildə hərbi xərclərimiz 58 dəfədən çox artırılıb. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığına, hərbi arsenal və digər bütün imkanlarına görə, regionun ən güclü ordusu olmaqla yanaşı, beynəlxalq hərbi hesabatlarda ən yaxşı mövqeyə malik ordular sırasında yer almasına səbəb olub.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 77 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Britaniya geri dönür?

06 Oktyabr 09:40

Analitik

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31