/ / Arzuxan Əlizadə: Prezident İlham Əliyevin çıxışında həm ölkə ictimaiyyətinə yönəlik, həm də beynəlxalq aləmə verilən ciddi mesajlar yer alırdı.
Arzuxan Əlizadə: Prezident İlham Əliyevin çıxışında həm ölkə ictimaiyyətinə yönəlik, həm də beynəlxalq aləmə verilən ciddi mesajlar yer alırdı.
06.10.2026 [15:52]
"Oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII qurultayında cənab Prezident İlham Əliyevin çıxışı hər zaman olduğu kimi yeni bir gündəm oldu. Bu çıxışda həm ölkə ictimaiyyətinə yönəlik, həm də beynəlxalq aləmə verilən ciddi mesajlar yer alırdı".
Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib. O bildirib ki, ölkə Prezidentinin çıxışında Azərbaycanın müstəqillik əldə etdikdən sonra keçdiyi çox ağır sınaqlar, möhtəşəm inkişaf yolu, əldə etdiyimiz qələbələr, zəfərimiz, eyni zamanda Azərbaycanın bugünki siyasi, iqtisadi, hərbi gücü, bölgədə lider dövlətə çevrilməmiz, gələcək inkişaf perspektivləri və görüləcək işlərlə bağlı çox ciddi məsələlər gündəmə gətirildi. Bu bir daha Azərbaycanın keçdiyi yol və əldə etdiyimiz nailiyyətlərələ bağlı tarixə edilmiş mühüm baxış idi. A.Əlizadə bildirib ki, cənab Prezident gələcəkdə qarşımızda dayanan hədəflərə çatmaq istiqamətində strateji addımlarımız, görüləcək işlər və müəyyənləşən vəzifələrlə bağlı çox dəyərli fikirlər səsləndirib: "Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ağır sınaqlardan keçib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 8 milyonluq əhalisi olan dövlətin bir milyon qaçqın və məcburi köçkünü vardı. Torpaqlarımızın 20 faizi işğal altındaydı və bu işğalda maraqlı olan güclər vardı. O güclər isə dünyanın aparıcı gücləri idi. ATƏT-in Minsk qrupunun ötən dövr ərzində yürütdüyü ermənipərəst siyasət, Azərbaycanın işğal altında olan ərazilərinin Ermənistanın xeyrinə rəsmiləşdirmə cəhdləri, ölkəmizə "mövcud reallıqlarla barışın" deyə təziyqlərin edilməsi yaşadığımız ağır sınaqlardan olub. Amma bütün bunlara baxmayaraq biz işğal faktı ilə barışmadıq, torpaqlarımızı işğadldan azad etdik. Bu böyük bir zəfər oldu. 30 ildən sonra ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, iqtisadiyyatımızı qaldırmışıq. Bu gün Azərbaycan iqtisadiyyatı kifayət qədər yüksək səviyyədədir. İşğaldan azad edilmiş ərazilərdə misli görünməmiş bərpa quruculuq işləri aparılır. Azərbaycan ordusu bu gün dünyanın aparıcı ölkələrinin orduları ilə rəqabətə girəcək bir gücdədir. Müasir silahlarla silahlanır və regionun aparıcı dövləti olaraq regionda dayanıqlı sülhə və sabitliyə nail olunmasının məsuliyyətini də öz üzərimizə götürümüşük. Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, bütün istiqamətlər üzrə realaşan meqalayihələrin, açılacağı gözlənilən Zəngəzur dəhlizinin (TRİPP) mərkəzindədir. Bu gün yerləşdiyimiz və bizə yaxın regionda hər hansı bir layihə reallaşırsa biz həmin layihənin əsas mərkəzindəyik".
Millət vəkili qeyd edib ki, əldə etdiyimiz nailiyyətlər bizim üçün gələcəyə yönəlik mühüm vəzifələr müəyyənləşdirir. O qeyd edib ki, hədəflərimiz bəllidir. "Bu hədəflərə çatmaq üçün dövlətimiz tərəfəindən yürüdülən siyasət davam etməlidir. Azərbaycan daha güclü orduya və iqtisadiyyata malik olmalıdır, eyni zamanda müxtəlif beynəlxalq platformalarda uğurlu təmsilçiliyimiz davamlı olmalıdır, dünyanın supergücləri, məsələn ABŞ, Çin və digər dövlətlərlə ikitərəfli əməkdaşlıqlarımız gücləndirilməlidir. Bütün bunlar Azərbaycanın həm bölgədə, həm də qlobal arenada yerinin daha da möhkəmlənməsinə imkan yaradan amillərdir", - deyə A.Əlizadə qeyd edib.
P.İsmayılov
Xəbər lenti
Hamısına baxDünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11

