Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

06.10.2026 [23:53]

Orta Dəhliz yalnız coğrafi bir keçid deyil, dövlət səviyyəsində ən yüksək prioritetdir. Azərbaycanın strateji coğrafi mövqeyi Asiya ilə Avropa arasında mühüm tranzit və logistika qovşağı kimi xidmət etmək üçün təbii imkan yaradır. Lakin təkcə coğrafiya kifayət deyil. Buna görə də Azərbaycan üçün Orta Dəhlizin inkişafı uzunmüddətli nəqliyyat siyasətimizin mühüm elementi olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti departamentinin rəhbəri Fariz Əliyev Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı çərçivəsində keçirilən “Nəqliyyat və logistika – Orta Dəhliz" panelində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu regional üstünlüyü real bağlantıya çevirmək üçün son onilliklər ərzində Azərbaycan nəqliyyat infrastrukturuna böyük sərmayələr qoyub.

“Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyəti hazırda illik 5 milyon tondur. Bakı Limanının hazırda 15 milyon ton ötürücülük gücü var və 2030-cu ilə qədər genişlənmə planları ilə bunun 25 milyon tona və 500 min TEU-ya çatdırılması nəzərdə tutulur. Biz, həmçinin dəmir yollarının, avtomobil yollarının, hava limanlarının, sərhəd-keçid məntəqələrinin və digər kritik sahələrin tikintisinə və modernləşdirilməsinə əhəmiyyətli dərəcədə sərmayə qoymuşuq. Mövcud infrastrukturun genişləndirilməsi ilə yanaşı, biz yeni nəqliyyat əlaqələrini də inkişaf etdiririk. Bunlardan ən mühümlərindən biri bu səylərin təməl daşı olan Zəngəzur dəhlizidir. O regional inteqrasiyaya və iqtisadi tərəqqiyə böyük faydalar gətirərək, regionda oyunu dəyişən bir amil kimi çıxış edəcək. Bu nəhəng layihənin Azərbaycan hissəsi demək olar ki, başa çatdırılıb. Türkiyə ərazisində də dəmir yolu tikintisi işləri aparılır - 224 kilometrlik Qars-Dilucu hissəsinin də 2030-cu ilə qədər tamamlanması planlaşdırılır. Bu il ümumi tranzit həcmimizin 16 milyon tonu keçəcəyi gözlənilir ki, bunun da 5,5 milyon tonu Orta Dəhlizin payına düşəcək. Bu il Çindən 600-ə yaxın müntəzəm blok qatarı qəbul etmişik", - deyə F.Əliyev əlavə edib.

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Britaniya geri dönür?

06 Oktyabr 09:40

Analitik

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31