Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yəmən hökumət qüvvələri Moha şəhərini husilərdən geri alıb

Yəmən hökumət qüvvələri Moha şəhərini husilərdən geri alıb

05.10.2026 [22:47]

Yəmən hökumət qüvvələri Taiz vilayətinin qərbində yerləşən liman şəhəri Moha üzərində nəzarəti bərpa edib.

SABA agentliyinin hərbi mənbəyə istinadən məlumatına görə, hökumətə sadiq qüvvələr hava dəstəyi ilə şiddətli döyüşlərdən sonra “Ənsar Allah” hərəkatının husilərini şəhərdən çıxarıblar.

Məlumata görə, husilər sentyabrın əvvəlindən Moha şəhərinə nəzarət edirdilər.

Mənbə bildirib ki, döyüşlər zamanı husilər arasında ölən və yaralananlar olub, onların bir qismi əsir götürülüb, qalan qüvvələr isə geri çəkilib.

Hazırda hökumət qüvvələrinin geri çəkilən “Ənsar Allah” üzvlərini təqib etdiyi və nəzarətə götürülən ərazilərdə təmizləmə əməliyyatlarını davam etdirdiyi bildirilir.

Paylaş:
Baxılıb: 69 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31