Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Zəfərdən suverenliyə: Yeni siyasi mərhələnin güclü dayağı

Zəfərdən suverenliyə: Yeni siyasi mərhələnin güclü dayağı

06.10.2026 [23:00]

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ölkəmizin keçdiyi tarixi yolun, əldə olunan möhtəşəm nailiyyətlərin və qarşıda duran strateji hədəflərin aydın mənzərəsini ortaya qoydu. Dövlət başçısının vurğuladığı kimi, Yeni Azərbaycan Partiyasının qurultayı yalnız partiyanın deyil, bütövlükdə Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisədir. Artıq 30 ildən çoxdur ki, ölkənin siyasi həyatında aparıcı qüvvə kimi çıxış edən YAP-ın fəaliyyəti Azərbaycanın inkişafı ilə sıx bağlıdır. Partiyanın fəalları ölkəmizin uğurlu və şərəfli yolunda mühüm töhfələr verərək dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak edirlər.

VIII Qurultayın xüsusi əhəmiyyəti ondadır ki, bu mötəbər tədbir ilk dəfə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni reallıqlar şəraitində keçirilir. Əgər VII Qurultaydan əvvəl Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin sevincini yaşayırdısa, bu gün artıq həmin qələbənin məntiqi nəticəsi olaraq ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam təmin olunub. Azərbaycan öz gücünə arxalanaraq işğala son qoymuş, bölgədə yeni siyasi və geosiyasi reallıqlar formalaşdırmışdır.
Prezident İlham Əliyevin çıxışında xüsusi qeyd etdiyi kimi, bu tarixi nailiyyətlər asanlıqla əldə edilməyib. Vətən müharibəsinin ilk günlərindən etibarən Azərbaycana qarşı müxtəlif təzyiqlər, hədə-qorxular, yalan və iftira kampaniyaları aparılıb, hətta ölkəmizə qarşı sanksiyaların tətbiqi məsələsi belə gündəmə gətirilib. Lakin Azərbaycanın qətiyyətli siyasi mövqeyi, ardıcıl və dönməz fəaliyyəti, ən əsası isə xalq-iqtidar birliyi bütün bu bəd niyyətləri nəticəsiz qoyub. Azərbaycan xalqının Vətən müharibəsi zamanı yumruq kimi birləşməsi milli iradənin və dövlətçilik əzminin parlaq təcəssümünə çevrilib.
44 günlük Vətən müharibəsində əldə olunan Zəfər Azərbaycanın tarixində yeni səhifə açdı. 8 Noyabr – Zəfər Günü xalqımızın yaddaşında əbədi yaşayacaq tarixi günlərdəndir. 2023-cü il sentyabrın 20-də isə Azərbaycan antiterror tədbirləri nəticəsində separatizmə və qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu iki tarixi hadisə Azərbaycanın yalnız hərbi deyil, həm də siyasi iradəsinin, dövlətçilik gücünün və milli həmrəyliyinin göstəricisidir. Bu yolda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Azərbaycanın tarixi Zəfəri bölgənin geosiyasi mənzərəsini də köklü şəkildə dəyişdi. Uzun illər ərzində münaqişənin həlli ilə bağlı müxtəlif yanaşmaların mövcud olduğu bir şəraitdə Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi. Münaqişənin dondurulmasına xidmət edən yanaşmaların əksinə olaraq, Azərbaycan öz haqqını özü bərpa etdi və beynəlxalq münasibətlər sistemində mühüm presedent yaratdı. Bu gün Azərbaycanın ərazi bütövlüyünün tanınması və Qarabağın Azərbaycan ərazisi olduğunun qəbul edilməsi məhz dövlətimizin qətiyyətli siyasətinin nəticəsidir.

Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Azərbaycanın Zəfərindən sonra əsas hədəf ərazi bütövlüyünün tam bərpası idi və bu istiqamətdə fəaliyyət bir gün belə dayandırılmadı. Azərbaycan həm siyasi-diplomatik müstəvidə beynəlxalq ictimaiyyətə həqiqətləri çatdırdı, həm də ərazidə strateji mövqelərini daha da möhkəmləndirdi. Atılan ardıcıl addımlar, aparılan uğurlu hərbi əməliyyatlar və diplomatik səylər 2023-cü il sentyabrın 20-də suverenliyimizin tam bərpası ilə nəticələndi.

Bu gün Azərbaycanın qarşısında yeni inkişaf mərhələsi dayanır. Ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan artıq azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın sürətləndirilməsi və ölkəmizin dayanıqlı inkişafının daha da möhkəmləndirilməsi istiqamətində inamla irəliləyir. VIII Qurultay da məhz bu yeni ictimai-siyasi və geosiyasi reallıqlar fonunda Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələri müəyyənləşdirən mühüm siyasi platformadır.

Yeni Azərbaycan Partiyasının 30 ildən artıq müddətdə keçdiyi yol göstərir ki, onun gücü yalnız siyasi təşkilat kimi fəaliyyətində deyil, xalqla sıx bağlılığında, milli maraqlara əsaslanan mövqeyində və dövlətçilik ideallarına sədaqətindədir. Bu baxımdan VIII Qurultay Azərbaycanın yeni mərhələdə qarşıya qoyduğu hədəflərə doğru inamlı addımlarının siyasi dayaqlarından biri kimi xüsusi əhəmiyyət daşıyır.

Mələk Rzayeva

YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Paylaş:
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Britaniya geri dönür?

06 Oktyabr 09:40

Analitik

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31