Xaricdəki Azərbaycan məktəblərinin sayı artırılacaq
28.09.2018 [09:16]
Dünyada gedən qloballaşma prosesi, xalqlar arasında sürətli inteqrasiya meyillərinin güclənməsi diaspor quruculuğu sahəsində daha effektiv işlər görməyi qaçılmaz edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasətinin mahiyyəti azərbaycanlıların tarixi vətənləri ilə əlaqələrini inkişaf etdirmək və diasporun potensialından faydalanmaq, eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir. Azərbaycan bu məqsədlərə çatmaq üçün xeyli yol qət edib. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr möhkəmlənib, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi istiqamətində bir sıra nailiyyətlərə imza atılıb. Bəzi ölkələrin təcrübəsinə baxdıqda görünən odur ki, diaspor ilə sarsılmaz bağlar qura bilən ölkələr beynəlxalq arenada daha güclü tərəfə çevrilirlər. Ölkəmiz də məhz bu hədəfə doğru irəliləyir.
Diasporla əlaqələrin möhkəmləndirilməsi və xaricdə yaşayan soydaşlarımızla etibarlı körpülər qurulmasının mühüm həlqələrından biri də müxtəlif ölkələrdə Azərbaycan dili məktəblərinin açılmasıdır. Bu məktəblər dilimizi, milli-mənəvi dəyərlərimizi yaşadır və təbliğ edir. Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dilini unutmaması, soydaşlarımız arasında dilimizin yaşaması üçün davamlı işlər görür. Bu məqsədlə Komitənin nəzdində fəaliyyət göstərən “Diaspor TV”də onlayn Azərbaycan dili dərslərinin təşkili istiqamətində işlər artıq yekunlaşmaq üzrədir. Eyni zamanda, müxtəlif ölkələrdə Azərbaycan dilində həftəsonu məktəblərinin sayının artırılması yolunda addımlar atılır.
Xaricdə fəaliyyət göstərən Azərbaycan dilli məktəblərin müasir mənzərəsinə gəldikdə, qonşu Türkiyədə Zəhra Ana Yardımlaşma və Həmrəylik Dərnəyinin, Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyinin, Azərbaycan Təhsil və Kültür Dərnəyinin nəzdində Azərbaycan məktəbləri fəaliyyət göstərir.
Bununla yanaşı, hazırda Qazaxıstanda 7, Özbəkistanda 1, Qırğızıstanda 2 Azərbaycan dilli məktəb fəaliyyət göstərir. ABŞ və bəzi başqa ölkələrə nəzər saldıqda isə, Floridada 2, Nyu-Yorkda 1, Bruklində 1, Kaliforniyada 1, Torontoda 1, Ottavada 1, Londonda 1 Azərbaycan dilli məktəb həmvətənlərimizə doğma dilini, tarix və mədəniyyətini öyrədir. Qeyd etməliyik ki, bəzi ölkələrdəki həftəsonu Azərbaycan dili məktəbləri də uğurla işlərini davam etdirir. Danimarka, İsveçrə, Niderland, Fransa, Estoniya, Litva, Niderland Krallığı da Azərbaycan dili məktəblərinin fəaliyyət göstərdiyi ölkələr sırasındadır. Qonşu Gürcüstanda isə bu məktəblərin sayı daha çoxdur və 80-ni ötüb.
Hazırda Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin Odessa, Nikolayev, Donetsk, Dnepropetrovsk və digər şəhərlərdəki regional bölməsinin nəzdində də Azərbaycan dili üzrə şənbə-bazar sinifləri fəaliyyət göstərir ki, bu siniflərdə də dilimiz, mədəniyyətimiz və tariximiz haqqında məlumatlar verilir.
Daha çox sayda azərbaycanlının yaşadığı qonşu Rusiya Federasiyasına gəldikdə isə, ölkədə fəaliyyət göstərən bir çox Azərbaycan diaspor təşkilatlarının nəzdində həftəsonu məktəbləri var. Moskva, Sankt-Peterburq, Kursk, Krasnoyarsk, Vladivostok, Voronej, Tambov, Tula, Kalininqrad, Çuvaşiya, Perm, Tomsk, Novosibirsk, Çita, Orenburq, Stavropol, İvanovo, Tümen, Arxangelsk, Çelyabinsk, Amur, Murmanskda Azərbaycan dili və mədəniyyətini öyrədən məktəblər vardır. Ümumilikdə Rusiya Federasiyasının 53 regionunda Azərbaycan dili, tarixi, mədəniyyətini tədris edən həftəsonu məktəbləri fəaliyyət göstərir.
Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə Azərbaycan məktəblərinin sayının artırılması, soydaşlarımızın dilimiz, tariximiz, mədəniyyətimiz və ümumilikdə ölkəmiz haqqında daha geniş informasiyalar əldə etməsi üçün ardıcıl addımlar atır.
Bu istiqamətdə görülən işlər yalnız məktəblərlə məhdudlaşmır. Bir sıra ölkələrdə müvafiq kurslar da var. Davamlı olaraq, fəaliyyət göstərən kurslar Azərbaycan dilinin, mədəniyyətinin incəliklərini nəinki soydaşlarımıza, onların övladlarına, eyni zamanda, xarici ölkə vətəndaşlarına da öyrədir. Kursların, eləcə də məktəblərin məqsədi həm də miqrasiya etmiş soydaşlarımızın adaptasiya, bu ölkədə doğulmuş uşaqların isə assimilyasiya probleminin həllinə dəstək göstərmək, uşaqların inkişafını təmin etmək, onlara Azərbaycan adətlərini aşılamaq, dilimizi yaşatmaq, mədəniyyətimizi və tariximizi öyrətmək, eyni zamanda, gənc soydaşlarımız arasında istedadlı uşaqları aşkar edərək onların inkişafına kömək etməkdir. Bütün bunlar həm də azərbaycanlı ailələrin bir-biri ilə ünsiyyəti baxımından faydalıdır.
Beləliklə də, Azərbaycan dili və mədəniyyətinin təbliği ilə yanaşı, həm də Azərbaycanın zəngin tarixi-mədəni irsə malik olduğu, tolerant və sülhpərvər bir xalq olduğu bir daha dünyaya bəyan edilir. Bütün bunlarla yanaşı, istər məktəblərin, istərsə də kursların fəaliyyətində Azərbaycan həqiqətləri, torpaqlarımızın işğalı, Dağlıq Qarabağ problemi ilə bağlı informasiyaların dünya ictimaiyyətinə çatdırılması əsas hədəflərdən biridir.
“Vətən uzaqda deyil” devizi ilə fəaliyyət göstərən Diasporla İş üzrə Dövlət Komitəsi məktəblərin, kursların, təşkilatların sayının daha da çoxaldılmasını təqdir etməklə, hər bir soydaşımızın yanında olmağı hədəf seçib, onların arxasında güclü və müstəqil Azərbaycan dövlətinin dayandığını və ona azərbaycanlı olması ilə qürur duymağı aşılayır.
Son olaraq bildirək ki, artıq dünyada diaspor anlayışına yeni yanaşma ortaya qoyulur. Modern diasporların son önəmli parametri təşkilati-mobillikdir. Dil birliyi, əməl birliyi mobilliyin mühüm elementidir. Buna nail olmaqla yeni platformalarda irəliləmək mümkündür və Komitənin fəaliyyətinin əsas sütunu olan Strateji Yol Xəritəsinin mahiyyəti də məhz buna xidmət edir.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20

