Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ukrayna elektrik enerjisi idxalı üçün beş ölkəyə müraciət edib

Ukrayna elektrik enerjisi idxalı üçün beş ölkəyə müraciət edib

30.11.2024 [21:48]

Ukrayna hökuməti elektrik enerjisi idxalı üçün beş ölkəyə müraciət ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi “Telegram” kanalında məlumat yayıb. Elektrik enerjisinin Polşa, Rumıniya, Slovakiya, Macarıstan və Moldovadan alınacağı bildirilir. Nazirlik vətəndaşları güclü məişət elektrik cihazlarını eyni vaxtda yandırmamağa və elektrik enerjisinə qənaət etməyə çağırıb.

Baş nazir Denis Şmıqalın sözlərinə görə, Ukrayna yazdan bəri ümumi generasiya gücünün təxminən 50 faizini itirib. Rusiya ordusunun hücumları nəticəsində istilik elektrik stansiyalarının 90 faizinə və su elektrik enerjisi istehsalı obyektlərinin isə üçdə birinə ziyan dəyib.

Ukraynada yayın ilk aylarında gündəlik işıqlandırma qrafikləri tətbiq edilmiş və elektrik enerjisi idxalı texniki cəhətdən mümkün olan maksimuma çatdırılmışdı. Noyabrın 17-də enerji infrastrukturuna yeni kütləvi ziyan dəyib və ölkə elektrik enerjisinin yenidən qrafik üzrə verilməsinə başlayıb.

Paylaş:
Baxılıb: 399 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31