Ukrayna çətin durumda...
05.12.2024 [08:56]
Kiyevin müraciətlərinə baxmayaraq, NATO tələsmir
Rusiya-Ukrayna müharibəsində son vəziyyət rəsmi Kiyev üçün müsbət məcrada inkişaf etmir. Qərbin hərbi yardımına baxmayaraq, Rusiya orudusu Ukrayna ərazilərini ələ keçirməkdə davam edir. Belə bir şəraitdə Kiyevin ümidi NATO-ya üzv olmaqdır. Alyansın dünən Brüsseldəki mənzil-qərargahında keçirilən üzv ölkələrin xarici işlər nazirlərin görüşündə bu ölkənin üzvlüyünə baxılmayıb. Bu görüşün fonunda Ukrayna XİN 5 dekabr 1994-cü il tarixli Budapeşt memorandumunun imzalanmasının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb. Xatırladaq ki, həmin sənədə uyğun olaraq, Ukrayna beynəlxalq təhlükəsizlik zəmanəti müqabilində nüvə silahından imtina edib.
Təhlükəsizlik zəmanətinə əməl olunmur
Lakin indiki vəziyyətdə sənədə imza atan Qərb ölkələri Ukraynanın təhlükəsizliyini yetərincə qorumur. Ukrayna XİN-in sözügedən bəyanatı da Brüsseldə XİN başçılarının görüşü üçün mesaj hesab oluna bilər. Rəsmi Kiyevin mövqeyi belədir ki, Ukrayna artıq dəstəklənməyən zəmanətlərlə razılaşmayacaq. Onun uzunmüddətli təhlükəsizliyinin yeganə yolu NATO-ya qoşulmaqdır. Ukrayna XİN-in bəyanatında deyilir ki, ölkə alyansa üzvlüyü əvəz edən istənilən formatdan imtina edir.
Dekabrın 1-də Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının rəhbəri Antonio Kosta və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə danışıqlar zamanı da eyni mövzunu müzakirə edib. Müzakirənin sonunda o, Brüsseldəki görüşdə Ukraynanın NATO-dan tələblərinin nədən ibarət olduğunu konkretləşdirib. Koşta ilə birgə keçirdiyi mətbuat konfransında Zelenski Ukraynanın NATO-ya sürətli şəkildə üzv olmaq ərizəsinin verilməsindən danışıb. O, bunun praktiki olaraq nə demək ola biləcəyini, neçə ildən və ya aydan sonra ölkənin alyansa qoşulmalı olduğunu və bunun üçün hansı islahatların aparılmasının vacibliyini açıqlamayıb. Zelenski yalnız onu açıqlayıb ki, dəvət 1991-ci il sərhədləri daxilində Ukraynaya aid edilməlidir, lakin NATO-nun təhlükəsizlik zəmanətləri yalnız rəsmi Kiyevin nəzarətində olan ərazilərə şamil edilə bilər. Alyansın təcrübəsində əvvəllər belə bir şey olmayıb. Heç bir ölkə təşkilata hissə-hissə daxil olmayıb.
NATO Ukraynanı üzv qəbul etməyə hazırlaşmır
Lakin görünən odur ki, NATO Ukraynanı üzv qəbul etməyə hazırlaşmır. Rusiya ilə müharibədən əvvəl və müharibə dövründə bu barədə Qərb dövlətləri tərəfindən dəfələrlə vəd verilsə də, yerinə yetirilmir. Bugünlərdə Avropanın “Politico” nəşri də adı açıqlanmayan dörd ABŞ və NATO rəsmisinə istinadən məlumat yayıb ki, alyansın bir sıra üzvləri, o cümlədən ABŞ və Almaniya Ukrayna prezidenti Volodimir Zelenskinin müraciətlərinə müsbət cavab verməyə və Rusiya ilə birbaşa münaqişədən çəkinərək Kiyevi dərhal alyansa dəvət etməyə hazır deyil.
Əvəzində alyans Ukraynaya hərbi yardımın artırılmasından bəhs edir. Belə ki, Brüsseldə XİN başçılarının toplantısı çərçivəsində NATO-nun Baş katibi Mark Rutte ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü zamanı deyib ki, Ukraynaya daha çox hərbi yardım göstərilməsi üçün əlimizdən gələn hər şeyi etməliyik. O qeyd edib ki, bu gün əsas diqqət yetirilməli məsələlərdən biri Ukraynadakı vəziyyətlə bağlıdır: “Biz bilirik ki, döyüş meydanında vəziyyət ağırdır və Ukraynaya daha çox hərbi yardım göstərilməsi üçün əlimizdən gələni etməliyik. Mən ABŞ-a, həmçinin İsveç, Böyük Britaniya, Estoniya, Norveç və Almaniyaya son bir neçə gündə Ukraynaya əlavə hərbi yardım göndərildiyini elan etdiklərinə görə təşəkkür etmək istəyirəm. Bu, xüsusilə qışın gəldiyi və Ukraynanın enerji infrastrukturu ilə bağlı vəziyyətin məlum olduğu bir vaxtda olduqca vacib addım idi”.
Ukraynalılar Zelenskini diktator adlandırır?
Yeri gəlmişkən, müharibənin uzun müddət davam etməsi və döyüş bölgəsində uğursuzluq Ukrayna əhalisini də yormaqdadır. Buna görə də, ölkə vətəndaşları arasında müharibənin dayandırılmasını istəyənlərin sayı artır. Bu yaxınlarda keçirilmiş rəy sorğusunda iştirakçıların 60 faizinin atəşkəs imzalanmasını dəstəkləməsi də bunu təsdiqləyir. Digər tərəfdən, Ukraynanın televiziya kanallarının birində jurnalist Diana Pançenkanın V.Zelenskini “diktator” adlandırması da ölkədə müharibə yorğunluğunun göstəricisidir.
Gələn il yanvarın 20-dən sonra Donald Trampın ABŞ-də prezident kimi səlahiyyətlərinin icrasına başlaması Rusiya-Ukrayna müharibəsində yeni vəziyyət yarada bilər. Əgər Tramp vədinə əməl etsə, tezliklə müharibə dayanmalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

