Qərbi Afrika Birliyinin sıraları seyrəlir
29.12.2024 [10:12]
Mali, Burkina-Faso və Niger Sahel Dövlətləri Alyansı çərçivəsində birləşdiklərini bəyan ediblər
Burkina-Faso, Mali və Niger gələn il yanvarın 29-dan etibarən Qərbi Afrika Ölkələri İqtisadi Birliyini (ECOWAS) tərk edəcək. Bu barədə qurumun Nigeriyanın paytaxtı Abucada keçirilən iclasında komissiya rəhbəri Omar Alyö Türe məlumat verib. Bildirilib ki, hər 3 ölkə təşkilatdan çıxdığını təsdiqləyib. Müvafiq prosedurları yerinə yetirmək üçün yanvarın 30-dan etibarən 6 aylıq keçid müddəti müəyyən edilib.
Qeyd edək ki, bu ilin yanvarında Burkina-Faso, Mali və Niger qurumdan çıxmaqla bağlı diplomatik kanallarla müraciət etmişdi. Hər 3 ölkə bu qərarını təşkilatın “Afrika xalqlarının tələblərinə cavab verməməsi” ilə əsaslandırıb. Burkina-Faso, Mali və Niger ECOWAS-ı keçmiş müstəmləkəçi Fransanın istifadə etdiyi alət də hesab edirlər. Adıçəkilən 3 dövlət Sahel Dövlətləri Alyansı çərçivəsində birləşdiklərini bəyan ediblər. Belə ki, Mali, Burkina-Faso və Niger Sahel Dövlətləri Alyansı adlı hərbi pakt imzaladıqlarını bəyan ediblər. Həmçinin, onlar müdafiə sahəsində əvvəllər Parislə bağladıqları əməkdaşlıq haqqında müqavilələrə xitam verərək Fransa hərbi kontingentini öz ərazilərindən çıxarıblar.
Qeyd edək ki, Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi 28 may 1975-ci ildə 16 Qərbi Afrika ölkəsinin Laqos müqaviləsi imzaladığı zaman qurulub. Birliyin yaradılmasında məqsəd bölgə ölkələrinin iqtisadi inteqrasiyasını təşviq etməkdir. Blokun öz kollektiv hərbi qüvvələri olan ECOMOG da mövcuddur. Mavritaniya 2000-ci ildə bu təşkilatdan ayrılıb. Hazırda isə quruma Benin, Burkina-Faso, Kabo-Verde, Kot-d’İvuar, Qambiya, Qana, Qvineya, Qvineya-Bisau, Liberiya, Mali, Niger, Nigeriya, Seneqal, Syerra-Leone və Toqo daxildir. Sözügedən üç ölkənin gələn ilin yanvarında rəsmən tərk etməsindən sonra ECOWAS üzvlərinin sayı 12-ə enəcək.
2004-cü ildə təşkilata üzv ölkələrin müdafiə nazirləri 2010-cu ilədək daimi hazırlıq qüvvəsini (1,5 min nəfər) və əsas sülhməramlı briqadanı (5 min nəfər) əhatə edəcək döyüşə hazır ECOWAS sülhməramlı kontingentinin yaradılması təkliflərini təsdiqləyiblər. Əslində, onlar azad ticarət zonası yaratmaq mərhələsindədirlər.
Blokun ali idarəetmə orqanı isə Dövlət və Hökumət Başçılarının Konfransıdır. ECOWAS-da Parlament, Məhkəmə, Ekobank, İqtisadi və Sosial Şura, komissiyalar da fəaliyyət göstərir.
ECOWAS-ın məqsədləri sırasına “qaynar nöqtələrdə” barışıq və təhlükəsizliyin təmin edilməsi, cinayətkarlıqla və kiçik silahların yayılması, tərksilah, qaçaqmalçılıqla mübarizə də daxildir. Amma əsas məram isə yoxsulluğa qarşı mübarizə, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, iqtisadi sabitliyə nail olmaq, üzv dövlətlər arasında normal münasibətləri inkişaf etdirmək, Afrika qitəsinin irəliləməsinə və inkişafına töhfə verməkdir.
Qeyri-iqtisadi fəaliyyətə gəlincə, 2012-ci ilin sentyabr ayında təşkilat BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyaya məruz qaldığı təqdirdə, Malinin ərazi bütövlüyünü bərpa etmək üçün 3300 əsgər göndərməyə hazır olduğunu bildirmişdi. Xalq, ölkənin şimalını üç qrupun - “Ənsar əd-Din”, “Birlik Hərəkatı” və “Əl-Qaidə” hakimiyyətindən qurtarmaq üçün Malidə hərbi əməliyyat keçirmişdi. Bundan başqa da, blokun hərbi kontingenti müxtəlif terror qruplarına və qanunsuz silahlı dəstələrə qarşı hərbi tədbirlər reallaşdırıb.
Məlumdur ki, fransiz imperiyası əsrlər boyu Karib dənizi, Sakit okean və Afrikada geniş müstəmləkələr yaradıb və bu ərazilərdə öz idarəçiliyini gücləndirib. Yerli xalqlar iqtisadi, siyasi və mədəni təzyiqə məruz qalıblar. Artıq bir sıra xalqlar Fransanın müstəmləkəçiliyinə qarşı mübarizəyə qalxıblar. Afrikada da bu proses genişlənməkdədir. Fransanın təsir dairəsində olan ECOWAS-ın sıralarının seyrəlməsi də bunun göstəricisidir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28

