Fransada 90-dək xəstəxana qrip epidemiyası ilə mübarizə aparmaq üçün “ağ plan”ı aktivləşdirib
10.01.2025 [21:53]
Fransanın Səhiyyə Nazirliyinin məlumatına görə, 90-a yaxın müəssisə fövqəladə vəziyyət zamanı planlaşdırılan “ağ plan”ı (plan blanc) işə salıb. Epidemiya artıq ötənilki pik həddini keçib.
AZƏRTAC xəbər verir ki, ölkədə qripə görə xəstəxanaya yerləşdirmələr bütün yaş qruplarında müstəsna dərəcədə yüksək intensivlik səviyyəsindədir. Fransa İctimai Səhiyyəsi (SPF) tərəfindən nəşr olunan kəskin respirator infeksiyalar haqqında bülleten həyəcan təbili çalır. Bronxiolit epidemiyasının azaldığı və COVID-19 göstəricilərinin 2024-cü ilin qışının başlanğıcından bəri aşağı və sabit səviyyədə olduğu halda, qrip xəstələrin xəstəxanalara axını son dərəcə artıb.
Səhiyyə Nazirliyi, həmçinin qeyd edir ki, xəstələrin sayının artmasına görə 87 xəstəxana xüsusi fövqəladə planı (“ağ plan”) işə salıb. Bildirilir ki, yanvarın ilk həftəsində 7894 ölüm hadisəsinin 6%-i qripdən qaynaqlanıb. Bu rəqəm son iki mövsümdə müşahidə edilən hallardan yüksəkdir.
Dövlət orqanları bəzi səhiyyə işçiləri kimi, peyvəndin faydası ilə bağlı mübahisələri yenidən alovlandıraraq peyvənd etməyi məsləhət görürlər. SPF-nin hesabatına görə, yanvarın əvvəlində reanimasiyada olan insanların 79%-i qripə qarşı peyvənd olunmayıb. Risk altında olanlar kateqoriyasına 65 yaşdan yuxarı insanlar, xroniki xəstəliklərdən əziyyət çəkənlər, hamilə qadınlar daxildir. Qeyd edilir ki, mövsümün əvvəlindən bəri xəstəxanada reanimasiyaya yerləşdirilən 300-ə yaxın xəstənin 80%-dən çoxu peyvənd olunmayıb. Bununla belə, həkimlər peyvəndin risk sığortası olmadığını vurğulayırlar. Bəzi həkimlər qeyd edirlər ki, bir çox xəstələr yer çatışmazlığı səbəbindən xərəyə götürülür.
Xatırladaq ki, ötən ilin hesabatına görə, 2023-cü ildə 4900 xəstəxana çarpayısı ləğv edilib. Xəstəxanalarda çarpayıların ləğvi prosesi davam edir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

