Çinin xidmətlər üzrə xarici ticarət həcmi ilk dəfə 1 trilyon dolları keçib
03.02.2025 [14:49]
Çinin xidmətlər üzrə ümumi xarici ticarət həcmi 2024-cü ildə ilk dəfə olaraq 1 trilyon ABŞ dollarını keçib və bu, gələcək artım üçün əhəmiyyətli potensial nümayiş etdirir.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin Ticarət Nazirliyinin son məlumatlarına görə, 2024-cü ildə bu ölkənin xidmət idxalı və ixracının həcmi illik müqayisədə 14,4 faiz artaraq təxminən 1,05 trilyon dollara çatıb. O cümlədən, ixracın həcmi 18,2 faiz, idxal isə 11,8 faiz artıb.
Çin Ticarət Nazirliyi yanında Beynəlxalq Ticarət və İqtisadi Əməkdaşlıq Akademiyasının direktoru Li Yunun sözlərinə görə, 2024-cü ildə Çinin xidmət ticarətinin miqyası artıb, onun strukturu optimallaşıb, beynəlxalq rəqabət qabiliyyəti yüksəlib. Rəqəmsallaşma, ağıllı texnologiya və yaşıl inkişafın qlobal tendensiyaları sayəsində daha da təkmilləşib. O qeyd edib ki, vizasız tranzit siyasətinin hərtərəfli yumşaldılması və optimallaşdırılması son bir ildə ölkəyə turist axınını gücləndirib.
Yeni siyasət sosial mediada “Çinə səyahət” həştəqinin populyarlığının artmasına səbəb olub və bir çox səyahətçi Çinlə bağlı təcrübələrini paylaşıb. Ölkənin görməli yerləri, təbiəti və şəhər gəzintiləri getdikcə daha çox xarici turisti cəlb edir.
Li Yun əlavə edib ki, Çinin rəqəmsal mədəniyyət platformaları və məzmunu xaricdə əhəmiyyətli dərəcədə populyarlıq qazanır. O, “Black Myth: Wukong” adlı videooyunun populyarlığını, “Netflix” və yutub kimi xarici yayım platformalarında keyfiyyətli Çin filmlərinin və seriallarının çoxalmasını, çinli yazıçıların onlayn ədəbiyyatının beynəlxalq oxucular arasında populyar olmasını misal göstərib.
Çin hökuməti ötən ilin avqustunda yüksəksəviyyəli açılış vasitəsilə xidmət ticarətinin yüksək keyfiyyətli inkişafını təşviq etmək üçün təlimatlar verib. Li Yun bildirib ki, sənəd Çinin xidmət ticarətinin inkişafı üçün güclü siyasət dəstəyi təklif edir, sektorda açıqlığı, innovasiyaları və beynəlxalq əməkdaşlığı təşviq etmək üzrə daha çox səy göstərməyə çağırır.
Akademiyanın direktoru vurğulayıb ki, rəqəmsal ticarət və xidmətlər ticarətində ikitərəfli, çoxtərəfli və regional əməkdaşlığı genişləndirmək, əsas sərgi məkanlarının rolundan istifadəyə davam etmək və xidmət ticarətində beynəlxalq əməkdaşlıq parklarının inkişafına nail olmaq lazımdır.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

