23 iyun Dövlət Qulluqçularının peşə bayramıdır
23.06.2026 [08:37]
Dövlət qulluğu cəmiyyətin sabit inkişafını, dövlət idarəçiliyinin səmərəli fəaliyyətini, vətəndaşların hüquq və mənafelərinin qorunmasını təmin edən ən məsuliyyətli fəaliyyət sahələrindən biridir. Bu sahədə çalışan insanların əməyinin yüksək qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Məhz bu məqsədlə hər il 23 iyun tarixi Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd edilir. Bayram Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis olunub.
Azərbaycanda dövlət qulluğu sahəsində reallaşdırılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Bu qanunla ölkəmizdə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub. Bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişikliklə çox mükəmməl bir hüquqi akt yaradılıb.
Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması istiqamətində yeni bir müstəvi formalaşdırır.
Ölkəmizdə dövlət qulluğu sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində idarəetmə mexanizmlərinin müasirləşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində mühüm nailiyyətlər əldə edilib. Bu uğurların qazanılmasında isə minlərlə dövlət qulluqçusunun zəhməti və peşəkarlığı həlledici rol oynayıb.
Dövlət qulluğunun əsas prinsipləri
Dövlət qulluğunun əsas prinsipləri qanunun aliliyi, peşəkarlıq, şəffaflıq, obyektivlik, qərəzsizlik və vətəndaşlara xidmət etməkdən ibarətdir. Dövlət qulluqçusu öz fəaliyyətində dövlət maraqlarını qorumaqla yanaşı, vətəndaşların hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, etik davranış qaydalarına riayət etməlidir. Bu prinsiplər dövlət idarəçiliyinə ictimai etimadın formalaşmasında mühüm rol oynayır.
27 mindən çox dövlət qulluqçusu var
Rəsmi statistikaya əsasən, 2026-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,3 min nəfər olub. Onların 31,4 faizini qadınlar təşkil edib.
Dövlət qulluqçularının 7,6 faizi inzibati vəzifələrin ali 3-cü təsnifatına, 3,9 faizi 4-cü, 12,4 faizi 5-ci, 8,7 faizi 6-cı, 44,2 faizi 7-ci təsnifata aid olub. Qulluqçuların 23,2 faizi isə yardımçı vəzifələrdə çalışıb.
Qulluq stajına görə dövlət qulluqçularının 6,6 faizi 1 ilədək, 23,6 faizi 1 ildən 5 ilədək, 23,6 faizi 5 ildən 10 ilədək, 18,8 faizi 10 ildən 15 ilədək, 27,4 faizi isə 15 il və daha çox staja malik olub.
Yaş bölgüsünə əsasən, dövlət qulluqçularının 3 faizi 25 yaşadək, 11,6 faizi 25-29 yaş, 18 faizi 30-34 yaş, 16,7 faizi 35-39 yaş, 13,3 faizi 40-44 yaş, 10,5 faizi 45-49 yaş, 8,1 faizi 50-54 yaş, 7,5 faizi 55-59 yaş, 9,2 faizi 60-64 yaş, 2,1 faizi isə 65 və daha yuxarı yaş qrupuna daxildir.
Məlumata görə, 2025-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 4,5 faiz artıb.
Peşəkarlıq və məsuliyyət bayramı
Dövlət Qulluqçularının Peşə bayramı yalnız bu sahədə çalışan insanların əməyinə verilən dəyərin ifadəsi deyil, həm də cəmiyyətə xidmət etməyin nə qədər şərəfli və məsuliyyətli bir missiya olduğunu xatırladan əlamətdar bir gündür. Çünki güclü dövlət idarəçiliyi ilk növbədə öz işinə vicdanla yanaşan, qanunun aliliyini rəhbər tutan və xalqın rifahını hər şeydən üstün hesab edən peşəkar dövlət qulluqçularının fəaliyyəti üzərində qurulur.
Bu əlamətdar gün münasibətilə bütün dövlət qulluqçularını təbrik edir, onların ölkəmizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və vətəndaşlara göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi naminə həyata keçirdikləri şərəfli fəaliyyətlərində yeni uğurlar və gələcək nailiyyətlər arzulayırıq.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38

