Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İtaliyada ət istehsalı müəssisəsində güclü yanğın olub

İtaliyada ət istehsalı müəssisəsində güclü yanğın olub

11.02.2025 [15:05]

İtaliyanın Emiliya-Romanya regionunda ət istehsalı müəssisəsində güclü yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, gecə saatlarında başlayan yanğın geniş əraziyə yayılıb. Bölgəyə Modena, Parma və Bolonyadan olan mülki müdafiə qüvvələri cəlb olunub. Yanğınsöndürmə əməliyyatı davam etdirilir.

Alov müəssisənin yaxınlığındakı bəzi evlərin panjurlarını əridib. Binaya bitişik tikililər boşaldılıb, mənzillərdən sakinlər təxliyə edilib. Tüstü geniş əraziyə yayılıb. Bələdiyyə əhaliyə evlərin pəncərələrini bağlamaları barədə xəbərdarlıq edib.

Xəsarət alan olmayıb, təhlükəsizlik qüvvələri hadisənin başvermə səbəblərini araşdırır.

Paylaş:
Baxılıb: 401 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31