Qəzzada münaqişə yenidən alovlana bilər
13.02.2025 [09:36]
Kral Abdullahın ABŞ-a səfəri nəyə hesablanıb
Qəzzadakı mövcud situasiya müharibənin yenidən başlanmasına rəvac verir. Son günlər İsrail ilə HƏMAS arasında əsirlərin mübadiləsinin dayandırılması gərginliyi artırır. Hər iki tərəf bir-birini razılaşmanı pozmaqda ittiham edərək bir-birinə qarşı müxtəlif şərtlər irəli sürür. HƏMAS rəhbərliyi İsrail tərəfindən razılaşmanın “pozulmasına” görə təzminat ödəməyi tələb edir və yalnız şərtinin yerinə yetiriləcəyi təqdirdə israilli girovları azad edəcəyini bildirib.
Şənbə günü günortaya qədər...
Xatırladaq ki, ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə uzunmüddətli danışıqlar nəticəsində yanvarın 16-da İsrail ilə HƏMAS arasında atəşkəs sazişi əldə olundu. Saziş yanvarın 19-da qüvvəyə mindikdən sonra Qəzzada bütün hərbi əməliyyatlar dayandırıldı. Üç mərhələdən ibarət olan sazişin müddəalarına görə, müəyyən müddət ərzində İsrail qoşunları bölgənin sıx məskunlaşmış ərazilərindən geri çəkilməli və məcburi köçkünlərin geri qayıdışı təmin olunmalı, paralel olaraq, girovlar və əsirlər qarşılıqlı şəkildə azad edilməli və humanitar yaradıma əngəl törədilməməlidir.
Artıq vəziyyət daha da gərginləşərək pik nöqtəyə çatır, İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-a xəbərdarlıq edib ki, fevralın 15-i günortaya qədər israilli girovların azad edilməyəcəyi təqdirdə İsrail Silahlı Qüvvələri Qəzzada intensiv döyüşləri bərpa edəcək.
“Mənim qəbul etdiyim və Nazirlər Kabinetinin yekdilliklə təsdiqlədiyi qərar belədir: HƏMAS şənbə günü günortaya qədər girovlarımızı qaytarmasa, atəşkəs ləğv ediləcək və İsrail ordusu HƏMAS-ın tam məğlubiyyətinə qədər intensiv döyüşləri davam etdirəcək”, - deyə Netanyu bildirib ki, İsrail HƏMAS hərəkatını məhv edəcək və radikalların Qəzza zolağında saxladığı bütün əsirləri geri qaytaracaq.
Eyni zamanda, qeyd etmək lazımdır ki, Netanyahunun xəbərdarlığından əvvəl İsrail Nazirlər Kabinetinin rəsmisi David Menser və ölkənin müdafiə naziri İsrail Katz HƏMAS-a girovların qaytarılmayacağı halda Qəzzada hərbi əməliyyatların yenidən başlayacağı ilə bağlı xəbərdarlıq edib.
İsrailin Xarici İşlər Nazirliyi də avropalı diplomatlara bildirib ki, HƏMAS girovları azad etməsə, İsrail Qəzzada müharibəni yenidən aktiv fazaya keçirəcək.
Bu arada ABŞ Prezidenti Donald Tramp da HƏMAS-a açıq şəkildə xəbərdarlıq edib - o, bildirib ki, İsrailin şərtləri əməl olunmazsa, bütün razılaşmalar ləğv olunucaq və bölgəni böyük fəlakət gözləyəcək.
Qarşı tərəfin reaksiyası
Qəzzada vəziyyətin getdikcə gərginləşdiyini bildirən HƏMAS-ın Siyasi Bürosunun üzvü Basem Naimin sözlərinə görə, İsrail və HƏMAS arasında atəşkəs razılaşması pozulmaq təhlükəsi ilə üz-üzədir. İsrailin xəbərdarlığına səssiz qalmayan HƏMAS-ın nümayəndələri bəyan edirlər ki, İsrail və ABŞ-ın Qəzza ilə bağlı planları baş tutmayacaq və lazım gələrsə, axıra qədər mübarizə aparacaqlar və islam dünyası onların arxasındadır: “İnsanlarımızı Qəzzadan çıxarmaq planı baş tutmayacaq. Bu plan Ərəb və İslam dünyasının rədd edəcəyi vahid mövqe ilə qarşılaşacaq.”
İsrail və ABŞ-ın xəbərdarlığı fonunda Yəməndəki “Ənsurullah” hərəkatı - Husilər də məsələyə münasibət bildirib - təşkilat İsraili Qəzzada döyüşlərin bərpa olunacağı halda yenidən onun ərazisinə raket hücumları təşkil edəcəyi ilə hədələyib.
“Barmağımız tətikdədir və düşmən İsrail Qəzza zolağına qarşı təcavüzü bərpa edərsə, onlara dərhal cavab verməyə hazırıq,”- deyə hərəkatın bəyanatında qeyd olunur.
Ərəb dünyası təşviş içində
Qəzzada vəziyyətin gərginləşdiyi bir zamanda İordaniya kralı ikinci Abdullah bin Əl-Hüseynin ABŞ-a rəsmi səfəri və prezident Donald Trampla görüşü diqqətdən kənar saxlanıla bilməz. Vurğulayaq ki, Trampın Netanyahu ilə Ağ Evdə birgə mətbuat konfransında, hətta bundan əvvəlki çıxışlarında Qəzzada yerli əhalinin tamamilə Misirə və İordaniyaya köçürülməsi və bölgənin ABŞ-ın nəzarətinə verilməsi ilə bağlı təklifi Misir və İordaniya hakimiyyəti, o cümlədən bir sıra ərəb ölkələri tərəfindən birmənalı qarşılanmayıb. Misir və İordaniyanın rəhbərləri buna imkan verməyəcəklərini bəyan ediblər.
Kral Abdullah Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşündən sonra özünün “X” səhifəsində yazıb ki, o, Trampa İordaniyanın fələstinlilərin Qəzza və İordan çayının qərb sahilindən köçürülməsi təklifinə qarşı çıxmaqda davam edəcək.
“Bu, ərəb ölkələrinin ortaq mövqeyidir. Hər kəs üçün prioritet Qəzzanın sakinlərini köçürmədən yenidən qurulması, eləcə də zolaqdakı çətin humanitar vəziyyətin həllidir,” - deyə kral Abdullah regionda hamı üçün ədalətli və hərtərəfli sülhə nail olmaq üçün birgə fəaliyyətin zəruriliyini vurğulayıb.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

