Ədalətli və təhlükəsiz dünya!
20.02.2025 [08:55]
Ümumdünya Sosial Ədalət Günüdür
Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət!
Ədalətin müjdəsi bu dünyanı şad eylər,
Ədalətin işidir-ölkəni abad eylər.
Nizami Gəncəvi
Bərabər hüquqlar, həmrəylik və insan haqlarına hörmət hər bir millətin tərəqqisi üçün vacibdir. Məlumdur ki, sosial ədalət cəmiyyətin əsas göstəricilərindən biri hesab olunur. Hansı cəmiyyətdə sosial ədalət mövcudursa, o cəmiyyətdə insan amilinə diqqət və qayğı da böyükdür. Təbii ki, sivil bir dünyada yaşamış olsaq da, sosial ədalət prinsipinə bir çox ölkələrdə əməl olunmur. Belə ki, dünyanın bir qismi üçün bu anlayış əlçatmazdır. Demokratik dəyərlərə malik, mütərəqqi dövlətlərdə sosial ədalətə təsadüf olunur. Hüquq bərabərliyinin və insan hüquqlarının pozulması isə cəmiyyətdə xoşagəlməz hallarla insanları üz-üzə qoyur.
Qanunilik və ədalətlilik eyni anlayışdır
Görkəmli yunan filosofu Sokrat ədaləti “sözə sədaqət” formulunda qiymətləndirərək qeyd edirdi ki, qanunilik və ədalətlilik eyni şeylərdir. Bəli, ədalətin mövcudluğunun əsas şərti cəmiyyətdə təhlükəsizliyin və asayişin təmin edilməsidir. Sokrat ədalət məfhumu haqqındakı fikrinin qısa izahını belə verir: “Ədalət hər bir kəsin öz işi ilə məşğul olması və ona aidiyyəti olmayan məsələlərə qarışmamasıdır”. Bu da özlüyündə maraqlı bir tarixi yanaşmadır.
Ən yüksək fəzilətlərdən biri...
Qədim yunan filosofu Platon da ədaləti ictimai həyatın əsl prinsipi hesab edirdi. Onun üçün ədalət yaxşılıq, həmçinin qanunlara tabe olmaq üçün istək, arzu demək idi. O, yazırdı ki, ədalət ən yüksək fəzilətlərdən biridir.
İctimai həyatın məntiqiliyi
Konkret reallığa əsaslanan ədalətin ən mühüm tərifi isə Aristotel tərəfindən verilib. Aristotelə görə ədalət bərabərliyə əsaslanmalı və ictimai həyatın məntiqiliyi olmalıdır. Beləliklə, ədalət hər kəsə haqq etdiyini onun layiq olduğu dərəcədə verməkdir. O, ədalət anlayışının konkret tərifini belə verir: “Ədalət insanlara düzgün, ədalətli olanı etməyə və doğru, ədalətli şeylər istəməyə imkan verən xasiyyətdir”.
Həmrəylik və bərabər imkanlar üçün...
Yeri gəlmişkən, fevralın 20-si Dünya Sosial Ədalət Günüdür. Bu əlamətdar gün BMT-nin Baş Məclisi tərəfindən dünya ictimaiyyətinin yoxsulluqla mübarizə işində səylərini artırmaq və hər kəs üçün iş yerləri, gender bərabərliyi və insan hüquqlarına hörmətə nail olmaq məqsədi ilə yaradılıb. Müasir dünya cəmiyyətlər daxilində və cəmiyyətlərarası həmrəylik, harmoniya və bərabər imkanlar aşılamaq üçün yoxsulluq, ayrı-seçkilik və işsizliklə məşğul olmağın əhəmiyyətini dərk edir. Daha sabit, ədalətli və təhlükəsiz dünya qurmaqda sosial ədalətin vacibliyi əsas məsələlərdəndir. Hər kəs üçün sosial ədalətə nail olmaq naminə BMT-nin əsas məqsədi inkişaf və insan ləyaqətini yaymaqdır. 2009-cu ildə fəaliyyətə başlamış Sosial Müdafiə Təşəbbüs Platforması hər kəs üçün əsas sosial zəmanət əldə etmək naminə ümumi prioritetlər müəyyənləşdirən bir BMT sistemidir.
Azərbaycan dünya üçün nümunədir
Bütün dünya ölkələri ilə yanaşı, Azərbaycanda da Sosial Ədalət ?ünü qeyd olunur. Sosial ədalətə nail olmaq üçün ölkəmizdə həyata keçirilən islahatları xüsusilə vurğulamalıyıq. Həyatımızın bütün sferalarını əhatə edən islahatlar öz nəticəsini verib. Dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla regionda nüfuz sahibinə çevrilən Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər ilk növbədə vətəndaşların mənafeyinə xidmət edir. Ölkəmizin maliyyə imkanlarının güclənməsi regionların sosial-iqtisadi inkişafına, eləcə də insanların sosial rifah halının daha da yaxşılaşdırılmasına səbəb olub.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Dünya
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15

