“Avropa Plus” qrupu yaradılır?
04.03.2025 [09:44]
London sammitində aparılan müzakirələrin pərdəarxası...
Böyük Britaniyanın paytaxtı Londonda Ukraynaya həsr olunmuş sammit hazırda beynəlxalq gündəmin əsas mövzularından biridir. Sammitdə Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya, İsveç liderləri, habelə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta, NATO-nun Baş katibi Mark Rütte və Ukrayna Prezidenti Zelenski qatılıb. Türkiyəni görüşdə xarici işlər naziri Hakan Fidan təmsil edib. Tədbir ərəfəsində bildirilirdi ki, müzakirələrin əsas mövzusu Ukraynanın mövqeyinin gücləndirilməsi, o cümlədən Kiyevə hərbi təchizat və Rusiyaya iqtisadi təzyiqlərin artırılmasıdır.
“Potensial atəşkəsin əsası güclü təhlükəsizlik təminatları olmalıdır”
Tədbirə ev sahibliyi edən Böyük Britaniyanın Baş naziri Kir Starmer sammit iştirakçılarına müraciət edərək, bu görüşü Avropanın təhlükəsizliyi üçün nəsillər boyunca bir dəfə baş verə biləcək an kimi qiymətləndirib. O, həmçinin qeyd edib ki, Ukrayna üçün ədalətli sülh əldə edilməsi bütün Avropa ölkələrinin təhlükəsizliyində həyati əhəmiyyət daşıyır.
Görüşdən sonra Ukrayna Prezidentinin rəsmi saytı məlumat yayıb ki, Kiyev ilə Rusiya arasında potensial atəşkəsin əsası güclü təhlükəsizlik təminatları olmalıdır: “Potensial atəşkəsin əsası mütləq güclü təhlükəsizlik təminatları olmalıdır. Xüsusilə, Ukrayna ordusunun təhlükəsizliyinin və gücləndirilməsinin təminatlarından biri kimi Şimali Atlantika Müqaviləsi mexanizmlərinin cəlb edilməsi imkanları nəzərdən keçirilir”. Eyni zamanda, Ukrayna Prezidentinin mətbuat xidməti qeyd edib ki, atəşkəs rejiminin başlanması əsirlərin dəyişdirilməsi və uşaqların geri qaytarılması ilə başlamalıdır. “Bu, Rusiyanın sülhlə bağlı əsl niyyətini nümayiş etdirəcək addımdır”, - deyə mətbuat xidməti əlavə edib.
Zelenski isə görüşdən sonra sosial şəbəkə hesablarında bəyan edib ki, Rusiya ilə Ukrayna arasında müharibənin tənzimlənməsi istiqamətində ədalətli sülhün əldə edilməsi üçün bir sıra qərarlar hazırlanır: “Biz tərəfdaşlarımızla təhlükəsizlik təminatlarını və Ukrayna üçün ədalətli sülh üçün şərtləri müzakirə edirik. Yaxın vaxtlarda bir sıra mühüm görüşlər və qərarlar açıqlanacaq”. Prezident daha sonra qeyd edib: “Biz Ukraynadan, xalqımızdan, əsgərlər və mülki şəxslərdən güclü dəstəyi hiss edirik. Biz bütün dostlarımıza və tərəfdaşlarımıza Ukraynaya sabit və zəmanətli sülh gətirmək üçün göstərdikləri səylərə görə təşəkkür edirik. Ümumi güc gələcəyimizi qoruya bilər”. Zelenski, həmçinin ərazi güzəştləri müqabilində sülhün tərəfdarı olmadığını vurğulayıb.
Tusk: müzakirə edilməyib
Qeyd edək ki, sammitdə konkret qərarlar qəbul olunmayıb. Polşanın Baş naziri Donald Tusk da sammitdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, toplantıda Aİ və NATO ölkələrinin liderləri Ukrayna üçün təhlükəsizlik təminatları, o cümlədən qoşunların göndərilməsi imkanları məsələsini müzakirə etməyiblər. Onun sözlərinə görə, toplantının iştirakçıları arasında Türkiyə və Kanada kimi ittifaqa daxil olmayan ölkələr olduğu üçün sammitin formatı xüsusilə Aİ səviyyəsində konkret qərarların qəbulunu nəzərdə tutmayıb. Baş nazir əlavə edib ki, Polşa Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsində ön sıralarda durmaq niyyətində deyil.
Birləşmiş Krallığın Baş naziri Kir Starmer isə sammitdən sonra keçirilmiş mətbuat konfransında müəyyən razılıqlara gəlindiyini bəyan edib. Starmer ilk növbədə, liderlərin yaxın zamanda yenidən görüşmək barədə razılığa gəldiklərini açıqlayıb. Onun sözlərinə görə, məqsəd “hərəkət tempini qorumaq” və ümumi plan üzərində işi davam etdirməkdir. Starmer çıxışında dünya liderlərinin ciddi bir seçim qarşısında olduğunu vurğulayıb: “Bu gün biz tarixin dönüş nöqtəsindəyik. Artıq boş danışmağın vaxtı deyil - hərəkət etmək və ədalətli, dayanıqlı sülhün əldə olunması üçün yeni plan ətrafında birləşmək zamanıdır”.
Avropa ABŞ-ın dəstəyinə ehtiyac duyur
Böyük Britaniya, Fransa və digər ölkələrin Ukrayna ilə birgə atəşkəs planı üzərində işlədiklərini bildirən Starmer qeyd edib ki, bu plan ABŞ-la da müzakirə olunacaq və müttəfiqlər tərəfindən birlikdə icra ediləcək.
O qeyd edib ki, sammitdə 4 əsas məsələ razılaşdırılıb. Birincisi, müharibə bitənə qədər Kiyevə hərbi dəstək göstəriləcək, eyni zamanda Rusiyaya qarşı iqtisadi təzyiqlər artırılacaq. İkincisi, Ukraynanın suverenliyi təmin olunmalıdır. Hər hansı sülh razılaşması Kiyevin təhlükəsizliyini və suverenliyini qorumalı, Ukrayna müzakirələrin tamhüquqlu iştirakçısı olmalıdır. Üçüncüsü, Avropa Rusiyanın Ukraynaya qarşı yeni hücumlarını əngəlləmək üçün tədbirlər görəcək. Dördüncüsü isə Ukraynanın müdafiəsi və sülhün təmin olunması üçün xüsusi beynəlxalq koalisiyanın - “Könüllülər koalisiyası”nın yaradılmasıdır.
Starmer Avropa ölkələrinin Ukraynaya real dəstək göstərməli olduğunu vurğulayıb: “Avropa çətin işi görməlidir. Biz Avropanın bu məsələdə üzərinə düşəni edəcəyini təmin edəcəyik. Amma bu plan ABŞ-ın dəstəyinə ehtiyac duyur”.
Böyük Britaniya Kiyevlə 2 milyard dollarlıq saziş imzalayıb
Baş nazir onu da bildirib ki, Böyük Britaniya Ukrayna ilə Kiyevin hərbi satınalmalar, o cümlədən HHM raketləri üçüb 2 milyard dollar alacağı yeni saziş imzalayıb: “Bu gün Ukraynaya Belfastda istehsal olunacaq 5 mindən çox hava hücumundan müdafiə raketi almaq üçün 1,6 milyard funt-sterlinq (2 milyard dollar - red.) istifadə etməyə imkan verən yeni iqtisadi razılaşmanı elan edirəm”. Onun sözlərinə görə, bu saziş həmçinin Böyük Britaniyanın müdafiə sektorunda iş yerlərinin yaradılmasına da yol açacaq: “Bu, kritik infrastrukturun qorunması və Ukraynanın möhkəmləndirilməsi üçün həyati önəm daşıyacaq”.
Beləliklə, Avropa Kiyevə hərbi dəstəyin davam etdirilməsini nəzərdə tutur. Lakin nəzərə alaq ki, Britaniya Baş nazirinin qeyd etdiyi razılaşmalar konkret hüquqi sənəd formasında imzalanmayıb. Bu da gələcəkdə yeni fikir ayrılıqlarının olmayacağına təminat vermir. Eyni zamanda, London sammiti ABŞ-ın dəstəyi olmadan Avropanın bu münaqişənin həllinə nail ola bilməyəcəyinə dəlalət edir. “Bloomberg” nəşri də Avropa rəsmilərinə istinadən məlumat yayıb ki, Böyük Britaniya və Fransa yaxın gələcəkdə Donald Trampa Ukraynada sülhməramlıların yerləşdirilməsində iştirak etməyə və təhlükəsizlik zəmanətlərini verməyə hazır olan “Avropa Plus” ölkələr qrupunun yaradılması təşəbbüsünü təqdim etmək niyyətindədir: “ABŞ-ın iki uzunmüddətli müttəfiqləri Britaniya və Fransa yaxın günlərdə Trampın dəstəyini qazanmaq üçün ona Aİ-yə daxil olmayan dövlətlərin, o cümlədən Kanadanın da daxil olduğu “Avropa Plus” qrupunu təqdim etmək niyyətindədir”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

