BMT-nin Baş katibi: Paris iqlim Sazişinin məqsədləri hələ də əlçatandır
20.03.2025 [22:14]
Qlobal iqlim vəziyyətinə dair son hesabat 2024-cü ilin 175 il əvvəl müşahidələrin başlamasından bəri ən isti il olduğunu, qlobal orta temperaturun sənayedən əvvəlki səviyyədən 1,55 dərəcə Selsi yuxarı qalxdığını təsdiq edir. Qeyd edilir ki, ilk dəfə kritik istiləşmə həddi aşılaraq 1,5 dərəcə Selsidən yuxarı olub. Bu, Paris Sazişinin uzunmüddətli hədəflərini (uzunmüddətli orta göstərici 1,5 dərəcə Selsidən aşağıdır) pozmasa da, emissiyaların azaldılmasına təcili ehtiyac olması barədə ciddi xəbərdarlıqdır.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, çoxsaylı iqlim göstəricilərində də yeni rekordlar qeydə alınıb. Atmosferdə karbon qazının konsentrasiyası son 800 min ildə ən yüksək həddə çatıb və okeanlar görünməmiş sürətlə istiləşməyə davam edir. Eyni zamanda, buzlaqlar və dəniz buzları sürətlə əriyir və qlobal dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur ki, bu da bütün dünyada sahilyanı ekosistemləri və infrastrukturu təhdid edir. Bundan əlavə, keçən il tropik siklonlar, daşqınlar, quraqlıqlar və digər təhlükələr son 16 ildə qeydə alınan ən yüksək sayda yeni yerdəyişmələrə, ərzaq böhranının pisləşməsinə və böyük iqtisadi itkilərə səbəb olub.
Bu həyəcanverici tendensiyalara baxmayaraq, BMT-nin Baş katibi Antonio Quterreş Paris Sazişinin məqsədlərinin hələ də əldə edilə biləcəyini bildirib və dünya liderlərini böhranın artmasına cavab olaraq səylərini artırmağa çağırıb. O vurğulayıb: “Planetimiz daha çox fəlakət siqnalları verir, amma bu hesabat göstərir ki, qlobal temperaturun uzunmüddətli artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq hələ də mümkündür. Liderlər bu il üçün yeni milli iqlim planları ilə öz xalqları və iqtisadiyyatları üçün ucuz, təmiz bərpaolunan enerjinin faydalarını əldə etmək istiqamətində gərəkli addım atmalıdır”.
Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi Seleste Saulo hesabatın nəticələrini insan həyatı, iqtisadiyyatlar və planetin üzləşdiyi ölümcül riskin artan səviyyəsinə ünvanlanan "oyanış zəngi" adlandırıb. O əlavə edib: “ÜMT qərar qəbul edənlərə və ümumilikdə cəmiyyətə ekstremal hava və iqlimə münasibətdə daha davamlı tədbirlər görmək üçün erkən xəbərdarlıq sistemlərini və iqlim xidmətlərini gücləndirmək səylərini artırmağı tövsiyə edir. Biz irəliləyiş əldə edirik, lakin daha sürətli templərlə irəli getməliyik”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

