ABŞ-ın gömrük rüsumları Almaniyada ciddi narahatlıq doğurur
03.04.2025 [13:06]
ABŞ-ın yeni gömrük rüsumlarının qüvvəyə minməsi dünyanın müxtəlif bölgələrində olduğu kimi, Avropada da ciddi narahatlıq doğurub. Birləşmiş Ştatların gömrük rüsumundan ən çox təsirlənəcəyi gözlənilən ölkələrdən biri də Almaniyadır.
AZƏRTAC “Zeit” qəzetinə istinadla xəbər verir ki, Almaniya Avtomobil Sənayesi Birliyinin (VDA) prezidenti Hildeqard Müller ABŞ-ın bu qərarını ticarət siyasətində əsaslı dönüş kimi dəyərləndirib. “Bu, ABŞ-ın qaydalara əsaslanan qlobal ticarət sistemindən uzaqlaşmasıdır və nəticədə dünyada dəyər yaratma, iqtisadi inkişaf və rifahın bünövrəsinin sarsılmasıdır. Bu, “Öncə Amerika” deyil, bu, “Amerika təkdir” deməkdir.
Alman Xarici Ticarət Federasiyasının prezidenti Dirk Yandura da rüsumların fəsadlarından narahatlığını ifadə edib: “Biz bu rüsumları qiymət artımları ilə əks etdirməliyik, bu isə çox hallarda satışların azalması deməkdir”. O, xüsusilə kiçik və həssas vəziyyətdə olan şirkətlərin ciddi zərbə alacağını və bunun iş yerlərinə də təsir edəcəyini vurğulayıb.
Eyni mövqedən çıxış edən Avropa Xalq Partiyasının (EVP) prezidenti Manfred Veber isə X səhifəsindəki paylaşımında Avropanın öz maraqlarını qorumağa hazır olduğunu vurğulayıb. “Donald Trampın rüsumları həm Avropaya, həm də ABŞ-a ziyan vurur. Avropa vahid mövqedədir və ədalətli danışıqlara açıqdır”, – deyə o qeyd edib.
Avropa Parlamentinin Ticarət Komitəsinin sədri Bernd Lanqe isə bütün zərərçəkən ölkələri ortaq reaksiya verməyə çağırıb. O, Tramp administrasiyasının yeni rüsumlarını sərt tənqid edərək bildirib: “Bu əsassız, qeyri-qanuni və qeyri-mütənasib addımlar yalnız eskalasiyaya və qlobal iqtisadi enişə səbəb olacaq”.
Bu barədə Avropanın bir sıra ölkələrinin liderləri də öz mövqelərini bildiriblər.
Xatırladaq ki, Avropa İttifaqı Donald Trampın əvvəlki polad və alüminium rüsumlarına cavab olaraq 26 milyard avro dəyərində ABŞ mallarına yeni rüsumlar tətbiq edib. ABŞ Prezidenti isə buna qarşı Avropadan idxal olunan alkoqollu məhsullara 200 faizlik gömrük rüsumu tətbiq etməklə hədələmişdi.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05

