Alimlər mikroRNT-lərin Purkinje hüceyrələrinin inkişafına təsirini müəyyən ediblər - ARAŞDIRMA
05.04.2025 [23:41]
Alimlər mikroRNT-lərin Purkinje hüceyrələrinin inkişafına təsirini müəyyən ediblər. Purkinje hüceyrələri beyincikdə yerləşən böyük neyronlardır və hərəkətlərin koordinasiyası, tarazlıq və motor öyrənməyə cavabdehdir. Onlar geniş dendritik strukturları ilə məlumat emal edir və beyincikdən çıxan əsas siqnal yolu rolunu oynayır. Bu hüceyrələrin zədələnməsi hərəkət pozğunluqlarına və neyroloji xəstəliklərə səbəb ola bilər. MikroRNT (miRNT) – hüceyrədə gen ifadəsini tənzimləyən kiçik, tək zəncirli RNT molekullarıdır. Onlar zülal istehsalına nəzarət edərək müəyyən genlərin aktivliyini artırır və ya azaldır. MikroRNT-lər beyin inkişafı, hüceyrə böyüməsi, yaşlanma və xəstəliklərdə mühüm rol oynayır.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, “Scripps Research” alimləri mikroRNT-lərin beyincikdə nadir neyron növü olan Purkinje hüceyrələrinin inkişafına təsirini aşkarlayıblar. “Neuron” jurnalında dərc olunan araşdırma bu hüceyrələrin neyroinkişaf pozğunluqları, yaşlanma və beyin plastiklik proseslərindəki roluna işıq salır.
Tədqiqatçılar mikroRNT-lərin Purkinje hüceyrələrinin formalaşması və sinaptik əlaqələr qurması üçün kritik olduğunu müəyyənləşdiriblər. Xüsusilə, doğuşdan sonrakı ilk həftələrdə mikroRNT-lərin inhibə edilməsi hüceyrələrin daha zəif inkişaf etməsinə, üçüncü həftədə isə sinaptik əlaqələrin qurulmasının qarşısının alınmasına səbəb olub.
Bundan əlavə, alimlər “miR-206” və “miR-133” adlı mikroRNT-lərin Purkinje hüceyrələrinin inkişafında mühüm rol oynadığını və onların Shank3, Prag1, Vash1 və En2 kimi genləri hədəf aldığını müəyyənləşdiriblər. Bu genlərdən bəziləri daha əvvəl neyroinkişaf pozğunluqları ilə əlaqələndirilib. Araşdırma mikroRNT-lərin beyində xüsusi neyron növlərinin inkişafını necə idarə etdiyini anlamağa imkan verən yeni alətlərin hazırlanmasını da əhatə edir.
Alimlər gələcəkdə bu alətlərdən mikroRNT-lərin inkişaf, sinir plastiklik və qocalmadakı rolunu daha dərindən öyrənmək üçün istifadə etməyi planlaşdırırlar.
Xəbər lenti
Hamısına baxİdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28

