Almaniya silahlı qüvvələrində xidmət etmək istəyənlərin sayı artır
18.04.2025 [19:47]
Almaniya silahlı qüvvələrində (Bundesver) xidmət üçün müraciət edənlərin sayında ötən il artım müşahidə olunub.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, ötən il ümumilikdə 52,1 min nəfər xidmət üçün Bundesverə müraciət edib. Bu rəqəm 2023-cü illə müqayisədə 18,5 faiz çoxdur. Müraciət edənlərin 8200-ü qadındır ki, bu da 2023-cü illə müqayisədə 14 faiz çoxdur.
Bundesverə müraciətlərin artmasında əsas amillərdən biri sosial şəbəkələr vasitəsilə aparılan kampaniyalar və regionlarda təşkil olunan işə qəbul tədbirləridir. Lakin müraciətlərdəki artım Bundesverdə xidmət edən hərbçilərin ümumi sayına təsir göstərməyib. Əksinə, ötən illə müqayisədə 340 nəfər azalma qeydə alınıb. 2023-cü ildə hərbi xidmətdən təxminən 20 min nəfər ayrılıb. Buna baxmayaraq, son illərdə könüllü hərbi xidmətə maraq davamlı olaraq artır.
Bundesverin şəxsi heyəti hazırda 183 min hərbçi və 81 min mülki əməkdaşdan ibarətdir. 2031-ci ilə qədər bu rəqəmin 203 minə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Almaniyada bu il ərzində yeni hərbi xidmət modelinin həyata keçirilməsi planlaşdırılır. Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı (CDU/CSU) ilə Sosial Demokrat Partiyasının (SPD) elan etdiyi koalisiya müqaviləsində İsveç nümunəsinə əsaslanan yeni hərbi xidmət modeli əksini tapıb. İlk mərhələdə könüllülük prinsipi əsasında tətbiq ediləcək bu modelə əsasən, 18 yaşdan yuxarı kişilər anket dolduracaqlar. Daha sonra Bundesver uyğun namizədlərlə əlaqə saxlayaraq, onların həqiqi hərbi xidmətdə iştirak etmək istəyib-istəmədiklərini soruşacaq.
Xəbər lenti
Hamısına baxİdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28

