Almaniyada növbəti dövlət başçısının qadın olması müzakirə edilir
21.04.2025 [20:14]
Almaniyada siyasi partiyalar arasında 2027-ci ildə keçiriləcək federal prezident seçkilərində qadın namizədlə bağlı ilkin müzakirələr başlayıb.
AZƏRTAC “Welt” televiziyasına istinadla xəbər verir ki, Sosial Demokrat Partiyası (SPD) və Xristian Demokrat İttifaqı (CDU) ölkə tarixində ilk dəfə olaraq qadın dövlət başçısının seçilməsini təklif ediblər.
Reynland-Pfalts əyalətinin Baş naziri, SPD-nin üzvü Aleksander Şvaytser qadın prezidentin gender bərabərliyi baxımından mühüm siqnal olacağını vurğulayıb. SPD qadınlar birliyinin sədri Mariya Noyxl isə “on iki kişidən sonra artıq bir qadının prezident olmasının vaxtıdır” fikrini səsləndirib. O, SPD-li qadınların bu məqsəd uğrunda mübarizə aparacaqlarını da vurğulayıb.
Birlik blokunda yer alan Xristian Sosialistlər İttifaqının (CSU) qadınlar ittifaqının rəhbəri Ulrike Şarf və CDU-nun Aşağı Saksoniyadakı nümayəndəsi Marayke Vulf da bu təşəbbüsə dəstək veriblər. Onların fikrincə, Almaniyada dövlət başçısı üçün lazım olan keyfiyyətlərə malik kifayət qədər qadın mövcuddur. M.Vulf bu yüksək vəzifəyə ilk dəfə bir qadının seçilməsinin çox güclü siqnal ola biləcəyini vurğulayaraq, bunun vaxtının çatdığını ifadə edib, partiyaları cəsarətli və gələcəyə yönəlik təkliflər verməyə çağırıb.
Xatırladaq ki, hazırkı Prezident Frank-Valter Ştaynmayerin ikinci prezidentlik müddəti 2027-ci ildə başa çatacaq. Qanunvericiliyə əsasən, o, yenidən namizəd ola bilməz.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

