Ermənistan ordusunda əsgər ölümləri kütləvi hal alıb
06.08.2013 [08:28]
İşğalçı ölkə hakimiyyətinin orduya münasibəti erməni gənclərini silahlı qüvvələrdən didərgin salıb
Məlum olduğu kimi, son dövrlərdə Ermənistan ordusunda yüzlərlə əsgər öldürülüb. Lakin hərbi hissələrdə törədilən qətl hadisələrinə görə heç kim məsuliyyətə cəlb olunmayıb. Buna görə də, hazırda işğalçı ölkədə heç kəs orduda xidmət etmək istəmir. Ordudan qaçan hər bir erməni gənci isə ölkəsini birdəfəlik tərk edərək xarici dövlətlərə gedir. Ermənistan mətbuatının yaydığı xəbərlərdə qeyd edilir ki, Sarkisyan hakimiyyətinin orduya münasibəti gəncləri silahlı qüvvələrdən didərgin salıb.
Yeri gəlmişkən, Ermənistanın Əsgər Anaları Təşkilatının yaydığı məlumata görə, bu ölkənin gəncləri işğal altında olan Azərbaycan torpaqlarında hərbi xidmət keçməkdən imtina edirlər: “Zor gücünə Dağlıq Qarabağa gənclərin göndərilməsi intihara səbəb olur. Yalnız son bir ay ərzində Dağlıq Qarabağda 34 erməni əsgəri intihar edib”.
Bir sözlə, Cənubi Qafqazda ciddi sosial-iqtisadi, siyasi böhran yaşayan Ermənistanın ordusunda da acınacaqlı vəziyyət hökm sürməkdədir. Son günlərdə işğalçı ölkənin ordusunda baş verən ölüm halları, intihar və atışmalar isə yenidən bu məsələni gündəmə gətirib. Belə ki, Ermənistanın yerli KİV-nin yazdığına görə, avqustun 5-də işğalçı ölkədə hərbçilər arasında atışma olub. Nəticədə bir erməni hərbçisi öz əsgər yoldaşını güllələyib.
“News.am” informasiya portalının məlumatında deyilir ki, hadisə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində baş verib. Belə ki, Dağlıq Qarabağın şimal-şərqində yerləşən hərbi hissələrdən birinin müdafiə istehkamında 20 yaşlı Sarmen Köçəryan ədavətdə olduğu hərbçi yoldaşına atəş açıb. Nəticədə o yaralanıb. Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir.
İyulun 31-də günorta saatlarında isə Ermənistan silahlı qüvvələrinin əsgəri Manuçar Manuçaryan intihar edib. Ermənistan mətbuatı bildirir ki, yerli vaxtla saat 13:20-də postda duran Manuçar Manuçaryan tabel avtomatı “AKS - 74” ilə özünü güllələyib.
Xatırladaq ki, iyulun 30-da Ermənistan silahlı qüvvələrinin əsgəri, 1993-cü il təvəllüdlü Armen Muradyanın da cəsədi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində tapılmışdı. Onun da intihar etdiyi ehtimal olunur.
Bundan əlavə, iyulun 5-i saat 22:10 radələrində işğalçı ölkənin ordusunda daha bir intihar hadisəsi baş verib. Ermənistan ordusunun hərbi hissələrindən birinin əsgəri Qabriel Lalazaryanın meyiti döşəkağından asılı vəziyyətdə tapılıb. İntihar faktı Ermənistanın Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib.
Bu məqamda onu da qeyd etmək lazımdır ki, işğalçı ölkənin müdafiə nazirliyi xərçəng xəstəliyi olan şəxsi hərbi xidmətə aparıb. Belə ki, Ermənistanda hərbi xidmətə başladığı müddətdən bir il belə ötməyən əsgər iyulun 23-də xərçəng xəstəliyindən ölüb. Ermənistanın Müdafiə Nazirliyinin məlumatına görə, 22 yaşlı Aşot Sardaryan mədə xərçəngi nəticəsində vəfat edib. Nazirliyin yaydığı açıqlamada deyilir ki, 22 yaşlı hərbçi biologiya fakültəsini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Görünən isə ondan ibarətdir ki, Ermənistandakı hərbi komissarlıqlar çağırışçı azlığı problemi olduğundan xəstə və yararsız çağırışçıları, hətta ən ciddi xəstəlikləri olanları belə, hərbi xidmətə göndərirlər.
Məsələ burasındadır ki, bu hadisə Ermənistan ordusunda müşahidə olunan yeganə fakt deyil. Məsələn, ötən ilin məhz avqust ayında Helsinki Vətəndaş Assambleyasının Vanadzor (HVA) ofisindən verilən məlumatda bildirilirdi ki, əsgər A.Saradyan mədəsindəki ağrılar və yemək yeyə bilməməsi ilə bağlı hərbi hissənin tibb məntəqəsinə dəfələrlə müraciət edib: “Lakin onu müayinə edib hərbi hospitala göndərmək üçün rüşvət tələb ediblər. Tələb olunan pulu vermək imkanında olmayan əsgər baxımsızlıq ucbatından daxili qanaxma nəticəsində ölüb. HVA-nın apardığı araşdırmadan sonra məlum olub ki, qida çatışmazlığı nəticəsində əsgər A.Saradyanda mədə xorası əmələ gəlib. Müalicə olunmadığı üçün onun yarası qanaxma verib və əsgər daxili qanaxmadan ölüb”.
Əlavə edək ki, işğalçı ölkədə fəaliyyət göstərən HVA bir müddət öncə bəyanatla çıxış edərək Ermənistan ordusundakı vəziyyətin ildən-ilə pisləşdiyini və insan hüquqlarının pozulduğunu bildirmişdi.
Beləliklə, Ermənistanda hərbi hissələrdə hərc-mərcliyin mövcud olması, orduda ölüm hallarının sayının çoxalması, hərbçilərin iştirakı ilə baş verən insidentlərin artması işğalçı ölkədə orduya və hərbçilərə verilən dəyərin hansı səviyyədə olduğunu göstərir.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47

