Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Böyük Britaniya Ukrayna üçün dronlar istehsal edəcək

Böyük Britaniya Ukrayna üçün dronlar istehsal edəcək

11.09.2025 [17:26]

Böyük Britaniya Ukraynanın Rusiyanın hava hücumlarına qarşı mübarizəsinə dəstək məqsədilə yeni nəsil dronların kütləvi istehsalına başlayacaq.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, bu hava hücumundan müdafiə dronları Ukrayna tərəfindən dizayn olunacaq, onların hazırlanmasında isə britaniyalı alimlər və texniki mütəxəssislər iştirak edəcəklər.

Müdafiə naziri Con Hili bu layihənin təfərrüatlarını cümə axşamı Londonda keçiriləcək DSEI Müdafiə və Təhlükəsizlik Avadanlıqları Beynəlxalq sərgisində açıqlayacaq.

Qeyd edək ki, bu layihə Böyük Britaniya ilə rəsmi Kiyev arasında texnologiya mübadiləsi sazişi çərçivəsində ilk addım olacaq.

Paylaş:
Baxılıb: 364 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30