“Emirates” sərnişinlərə yeni qaydaların qüvvəyə minməsini xatırladıb
27.09.2025 [14:21]
“Emirates” aviaşirkəti sərnişinlərə xatırladıb ki, 2025-ci il oktyabrın 1-dən etibarən təyyarədə smartfonların, planşetlərin və digər elektron cihazların enerji yığımı üçün istifadə olunan portativ akkumulyatorların (powerbank) daşınması və istifadəsi ilə bağlı yenilənmiş qaydalar qüvvəyə minəcək. Artıq uçuş zamanı pauerbanklardan istifadə etmək qadağan olunacaq.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, şirkətin saytında bildirilir ki, hər sərnişinə yalnız tutumu 100 vatt-saata qədər olan bir ədəd xarici akkumulyator götürməyə icazə verilir. Qurğu yalnız əl yükündə daşına bilər, baqaja təhvil verilə bilməz. Bununla yanaşı, uçuş zamanı qurğudan istifadə etmək və ya onu enerji ilə doldurmaq qadağan olunur. Pauerbankı baqaj rəfinə deyil, yalnız oturacağın altına və ya qarşıdakı oturacağın ciblərinə yerləşdirmək olar.
Zədələnmiş və ya həddindən artıq doldurulmuş akkumulyatorlar qızaraq yanğına, partlayışa və ya zəhərli qazların yayılmasına səbəb ola bilər. Yeni tədbirlər sərnişinləri mümkün insidentlərdən qorumaq məqsədi daşıyır.
“Emirates”in daha əvvəl xatırlatdığı kimi, yeni qaydalara əsasən, təyyarəyə ayrıca qablaşdırmada olmaq şərti ilə ən çox 15 fərdi elektron cihaz – noutbuk, planşet, telefon və s. götürmək olar. Böyük həcmli litium batareyaları olan “ağıllı” çamadanlar, giroskuterlər və mini-siqveylərin daşınmasına isə icazə verilmir.
Eyni zamanda, “Etihad” aviaşirkəti “Bluetooth” texnologiyası ilə işləyən səs gücləndiricilərin daşınması qaydaları ilə bağlı xəbərdarlıq yayıb. Şirkətin nümayəndələri sosial şəbəkədə sərnişinin sualına cavab olaraq bildiriblər ki, portativ səsgücləndiriciləri baqajda daşımaq və ya salona daxil etmək olar, lakin bu, icazə verilən 15 elektron cihazın ümumi siyahısına daxildir.
Bununla yanaşı, baqajda daşınan bütün cihazlar tamamilə söndürülməli və etibarlı şəkildə qablaşdırılmalıdır. Əlavə akkumulyatorlar, pauerbanklar və elektron siqaretləri qeydiyyatdan keçirilmiş baqaja qoymaq qəti qadağandır.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

