İrlandiya X platformasının fəaliyyətini araşdırmağa başlayıb
14.11.2025 [16:28]
İrlandiyada amerikalı milyarder İlon Maskın sahibi olduğu X sosial platforması ilə bağlı araşdırma başlanılıb. Araşdırma Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktının (Digital Services Act – DSA) tələblərinə uyğunluğun yoxlanılması məqsədi daşıyır. Bu qanun onlayn platformalara qanunsuz və zərərli kontenti bloklamaq öhdəliyi qoyur. Əgər DSA-nın pozulması faktı müəyyən olunsa, sosial şəbəkəyə şirkətin qlobal illik dövriyyəsinin 6 faizi həcmində cərimə tətbiq oluna bilər. Bu barədə AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir.
Çərşənbə günü dərc olunan açıqlamada İrlandiyanın media və internet üzərində nəzarət orqanı olan “Coimisiún na Meán” bildirib ki, onun X şirkətinin DSA tələblərini pozması ilə bağlı narahatlığını “HateAid” qeyri-kommersiya təşkilatı da bölüşür. “HateAid” 2023-cü ildə berlinli bir tədqiqatçı adından X-ə qarşı iddia qaldırmışdı, belə ki, həmin tədqiqatçının platformaya girişi dəfələrlə məhdudlaşdırılmışdı.
Tənzimləyici qurum sosial şəbəkənin kontent moderasiyası ilə bağlı qərarların apel¬lyasiyaya vermək imkanı olmadığı barədə xəbərləri, həmçinin platformanın şikayətlərin emalında daxili sistemlərə çıxışla bağlı problemləri araşdıracaq.
“İstifadəçinin qanunsuz və ya platformanın qaydalarına zidd olan məzmun barədə məlumat vermək, eləcə də platformanın qərarından şikayət etmək hüququ DSA-nın təməl prinsiplərindən biridir”, – deyə qurumun rəqəmsal xidmətlər üzrə komissarı Con Evans bəyan edib.
O qeyd edib ki, bu araşdırma X platformasının istifadəçiləri onların şikayətlərindən sonra qəbul edilən qərarları mübahisələndirmək (apel-lyasiya etmək) hüququ barədə lazımi qaydada məlumatlandırıb-məlumatlandırmadığını müəyyən etməyə imkan verəcək.
Bu, İrlandiya tənzimləyicisi tərəfindən DSA çərçivəsində aparılan ilk rəsmi araşdırmadır.
DSA-nın müddəalarına əsasən, 45 milyondan çox istifadəçisi olan “böyük onlayn platforma” statusu X-dən daha sərt hesabatlılıq və məlumat şəffaflığı üzrə standartlara əməl etməyi tələb edir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40

