Böyük Şərq regionunun 400 milyonluq qatarlarına Almaniyada hərəkət üçün icazə verilməyib
19.11.2025 [20:51]
Fransanın Böyük Şərq (Grand-Est) regionu yanvar ayında təhvil aldığı 30 yeni transsərhəd “Régiolis” qatarına təxminən 400 milyon avro sərf edib. Lakin bu müasir qatarlara hələ də Almaniyada hərəkət üçün icazə verilməyib.
AZƏRTAC xəbər verir ki, sərnişinlərə çətinlik yaradan bu vəziyyət region rəhbərliyinin Fransa Milli Dəmir Yolları Şirkətinə (SNCF) qarşı sanksiya tətbiq etməyi gündəmə gətirməsinə səbəb olub. Regionun nəqliyyat üzrə vitse-prezidenti Tibo Filip mətbuata açıqlamasında bildirib ki, qatarlar hələlik Almaniyada istismar üçün təsdiqlənməyib. “Hazırda qatarlara Almaniyada işləmək üçün tələb olunan sertifikat verilməyib”,- deyə o əlavə edib.
Bu qatarlar Fransa ilə Almaniya arasında dəmir yolu əlaqələrini genişləndirməyi nəzərdə tutan Eks-la-Şapell (Aix-la-Chapelle) müqaviləsi çərçivəsində hazırlanıb. Lakin onların istismara buraxılmasını tənzimləyici maneə gecikdirir, çünki Almaniya vəziyyətlə bağlı yeni fövqəladə əyləc standartları tətbiq edib. “Müxtəlif qəzalar nəticəsində Almaniya təcili əyləclə bağlı qaydalarını dəyişdi. Fransız qatarlarında istifadə olunan elektromaqnit əyləc blokları Almaniya relslərində fövqəladə əyləc üçün təsdiqlənməyib”, - deyə T.Filip qatarların istismara buraxılmamasından narazılığını bildirib.
Bu layihənin hazırlanması fransız və alman mühəndislərinin birgə işi olub. Buna baxmayaraq, onlar hazırda yalnız Fransanın regional şəbəkəsində əlavə xidmət kimi istifadə edilir. Transsərhəd sərnişinlər isə yaranmış gecikmənin əziyyətini çəkir. Yeni “Régiolis” qatarları məhz Muluz–Müllheim və Strasburq–Offenburq marşrutları üçün nəzərdə tutulub. Bununla belə, proses yenidən qiymətləndirmə mərhələsinə qaytarılıb. Bu gecikmə səbəbilə Böyük Şərq regionu artıq SNCF-dən 20 milyon avroya qədər cərimə tələb etməyi nəzərdən keçirir.
Xəbər lenti
Hamısına baxİdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28

