Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Qazaxıstan məktəblərdə aqrodərslər tətbiq edəcək

Qazaxıstan məktəblərdə aqrodərslər tətbiq edəcək

29.01.2026 [16:04]

Qazaxıstan məktəblərində aqrodərslər tətbiq olunacaq.

AZƏRTAC Qazaxıstanın Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı nazirinin müavini Amanqali Berdalin Parlamentin Aqrar Məsələlər Komitəsinin iclasında bildirib.

Nazir müavini qeyd edib ki, aqrodərslər gəncləri kənd təsərrüfatına cəlb etməyə, praktiki təcrübə qazandırmağa və sektorda gələcək mütəxəssisləri yetişdirməyə kömək edəcək. Pilot dərslər Akmola, Şimali Qazaxıstan və Kostanay vilayətlərində başlayacaq.

Tələbələrin praktik bacarıqlarını artırmaq üçün universitetlərdə maddi-texniki bazaların gücləndirməsi və kənd yerlərində ən azı üç il işləmək şərti ilə qrant kvotalarının tətbiqi nəzərdə tutulub. Bu tədbirlər 2026-2030-cu illər üçün Hərtərəfli Heyvandarlığın İnkişaf Planına daxildir.

Paylaş:
Baxılıb: 274 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30