Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çin və Şimali Koreya arasında sərnişin qataralarının hərəkəti bərpa olunub

Çin və Şimali Koreya arasında sərnişin qataralarının hərəkəti bərpa olunub

12.03.2026 [21:15]

Çin ilə Şimali Koreya arasında 6 illik fasilədən sonra sərnişin qataralarının hərəkəti bərpa olunub.

AZƏRTAC xəbər verir ki, ilk qatar yerli vaxtla martın 12-də saat 10-da Çinin şimal-şərqindəki Liaonin əyalətinin Dandon şəhərindən yola düşüb. Beş vaqondan ibarət qatar cədvəl üzrə yerli vaxtla saat 18:07-də Şimali Koreyanın paytaxtı Pxenyana çatmalıdır.

Dandon şəhərinin sərhəd-keçid məntəqəsinin müfəttişi Son Pin bildirib ki, qatardakı sərnişinlərin sərhəd-gömrük proseduru yarım saat çəkir.

Çin Dövlət Dəmir Yolu Qrupundan verilən məlumata görə Dandon-Pxenyan sərnişin qatarları hər iki istiqamətdə gündəlik əsasda, Pekin-Pxenyan qatarları isə həftədə 4 dəfə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Çin ilə Şimali Koreya arasında sərnişin qatarlarının fəaliyyəti COVID-19 virusunun yayılmağa başladığı dövrdə - 2020-ci ilin yanvarında dayandırılıb.

Paylaş:
Baxılıb: 288 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30