Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bank qaydaları dəyişdi

Mərkəzi Bank qaydaları dəyişdi

05.09.2026 [10:56]

Sistem əhəmiyyətli bankların qiymətləndirilməsi daha effektiv yanaşmalara əsaslanacaq

Mərkəzi Bank (MB) bankların sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi meyarları, eləcə də bank kapitalının və kapital adekvatlığının hesablanması qaydalarına dəyişikliklər edib. Belə ki, bankların qiymətləndirilməsi zamanı istifadə olunan bəzi indikatorlar üzrə cari yanaşmanın təkmilləşdirilməsi və tətbiqi prosesinin optimallaşdırılması məqsədilə “Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları”nda və “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” dəyişib. Dəyişikliklər bəzi indikatorlar üzrə hesablama yanaşmalarının təkmilləşdirilməsi, meyarların “Azərbaycan Respublikası Mərkəzi Bankının banklara riskəsaslı nəzarət üzrə Təlimatı”na əsasən banklara nəzarət tsikli ilə əlaqələndirilməsi, habelə sistem əhəmiyyətlilik kapital buferində artım və ya azalma baş verdiyi hallarda həmin dəyişikliklərin qüvvəyə minmə müddəti ilə bağlı yeni yanaşmanın müəyyənləşməsi ilə əlaqədardır. Yeniliyə əsasən, sistem əhəmiyyətli bankların siyahısı hər il sentyabrın 1-nə qədər Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq ediləcək.

Qaydalar beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb

Qeyd edək ki, sistem əhəmiyyətli banklar qlobal və ya milli maliyyə sisteminin sabitliyi üçün həyati əhəmiyyət daşıyan bank və maliyyə institutlarıdır. Sistem əhəmiyyətli banklar bütün maliyyə sektorunun dinamikasını müəyyən edir və iqtisadiyyatın davamlılığı üçün onların idarə edilməsi və nəzarət mexanizmləri olduqca vacibdir. Çünki həmin bankların maliyyə dayanıqlığının pozulması sistem risklərinin aktivasiyasına gətirib çıxara bilər. Bu baxımdan, Mərkəzi Bankın əsas vəzifəsi hər hansı bankın sistem əhəmiyyətliliyini adekvat şəkildə müəyyən etməkdən ibarətdir. Bunun üçün potensial riskləri azaltmaq məqsədilə sistem əhəmiyyətli banklara münasibətdə düzgün uyğunlaşdırılmış tənzimləyici tələblərin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Yeni tənzimləyici tədbirlər də maliyyə sabitliyini təmin etmək və riskləri minimuma endirmək məqsədi daşıyır. Bu baxımdan yeni institusional islahat tədbirlərinə əsaslanan dəyişikliklər bir sıra Avropa ölkələrinin təcrübələri və digər beynəlxalq yanaşmalar nəzərə alınmaqla hazırlanıb.

Meyarlardakı dəyişikliyə əsasən “Maliyyə institutlarında yerləşdirilən aktivlər” indikatorunun yekun əhatə dairəsi daha da dəqiqləşdirilərək bankların tənzimləyici qurumda yerləşdirdiyi aktivlərin nəzərə alınmaması, eləcə də “Ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatlar” indikatoru üzrə hesablamalar aparılarkən AZİPS sistemi üzrə bankların yalnız müştəri köçürmələri və banklararası ödəniş əməliyyatlarının nəzərə alınması müəyyən edilib.

Kapital adekvatlığı qaydaları dəyişir

Digər dəyişiklik “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” ilə bağlıdır. Bu dəyişikliyə əsasən, bundan sonra sistem əhəmiyyətlilik indeksinin hesablanması nəticəsində bank sistem əhəmiyyətli bankların siyahısına daxil edildikdə və ya sistem əhəmiyyətli bankın daxil olduğu qrup artırıldıqda, “sistem əhəmiyyətli bank kapital buferi” üzrə yeni artırılmış tələb sistem əhəmiyyətli bankların siyahısının təsdiq edildiyi ildən sonrakı ilin yanvarın 1-dən qüvvəyə minəcək. Həmçinin sistem əhəmiyyətlilik indeksinin hesablanması nəticələrinə əsasən bankın sistem əhəmiyyətli bankların siyahısından çıxarılması və ya aid edildiyi sistem əhəmiyyətlilik qrupunun aşağı salınması yalnız ardıcıl 2 il üzrə aparılmış hesablamalar nəticəsində təsdiq edildiyi halda, “sistem əhəmiyyətli bank kapital buferi” üzrə azaldılmış tələb sistem əhəmiyyətli bankların siyahısının təsdiq edildiyi andan dərhal sonra qüvvəyə minəcək.

Ümumilikdə, bank sektorunda tətbiq olunan yeni qaydalar sistem əhəmiyyətli bankların qiymətləndirilməsi zamanı daha effektiv yanaşmaların tətbiqinə və qiymətləndirmə prosesinin təkmilləşdirilməsinə xidmət edəcək.

Sığortaçıların yeni qiymətləndirilmə meyarları

Mərkəzi Bank, həmçinin sığorta sektorunda sistem əhəmiyyətli sığortaçıların qiymətləndirilməsi zamanı istifadə olunan yanaşmanın da təkmilləşdirilməsinə qərar verib. Bu  məqsədilə “Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi Meyarları”nda müvafiq dəyişikliklər edilib. Yeni çərçivə sığortaçıların maliyyə sisteminə mümkün təsir kanallarını daha dolğun əhatə etmək məqsədilə ölçü, şaxələnmə və əvəzolunmazlıq kateqoriyaları əsasında formalaşdırılaraq sistem əhəmiyyətliliyin üç səviyyə üzrə qiymətləndirilməsini nəzərdə tutur. Bunlar sığorta, maliyyə və ümumi iqtisadi münasibətlər üzrə səviyyələri müəyyənləşdirir. Yeni yanaşma sığortaçıların yalnız sektor daxilindəki rolunu deyil, eyni zamanda onların maliyyə bazarları və real iqtisadiyyatla qarşılıqlı əlaqələrini nəzərə almağa hesablanıb. Sistem əhəmiyyətliliyi indeksi 15 faiz bəndinə çatan və ya bunu keçən sığortaçılar sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndiriləcək.

Dəyişikliklər Mərkəzi Bankın bank sektoru üzrə tətbiq etdiyi sistem əhəmiyyətlilik metodologiyası ilə uzlaşdırılmaqla, sistem əhəmiyyətli maliyyə institutlarının müəyyən edilməsinə və vahid yanaşmanın formalaşdırılmasına xidmət edir. Qaydalara əsasən, sığorta sistemində qiymətləndirmə 3 kateqoriya - ölçü, şaxələnmə və əvəzolunmazlıq kateqoriyaları üzrə aparılacaq. Yəni əvvəlki metodologiyada mövcud olan mürəkkəblik kateqoriyası ləğv edilib. Bu, daha asan metodologiya hesab olunur. Eləcə də qiymətli kağızların dövriyyəsi göstəricisi ilk dəfə metodologiyaya daxil edilib. Bundan başqa, təkrarsığorta fəaliyyəti ilə əlaqədar sığortaçıların yalnız ölkə daxilindən qəbul etdikləri risklər üzrə hesablanmış təkrarsığorta haqlarının nəzərə alınması müəyyən edilib və bu göstəricinin çəkisi artırılıb. Bundan sonra müstəsna hal kimi təkrarsığorta fəaliyyəti ilə məşğul olan təkrarsığortaçılar üçün “sığorta predmetlərinin sayı” göstəricisi tətbiq edilməyəcək.

Sistem əhəmiyyətli sığortaçıların siyahısı hər il sentyabrın 1-dək Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq ediləcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 152 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30