Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / BMT Baş katibi vəzifəsinə namizədlərlə interaktiv dialoqlar silsiləsi başlayacaq

BMT Baş katibi vəzifəsinə namizədlərlə interaktiv dialoqlar silsiləsi başlayacaq

17.04.2026 [15:23]

Aprelin 21-dən etibarən iki gün ərzində Birləşmiş Millətlər Təşkilatının (BMT) növbəti baş katibi vəzifəsinə namizədlərlə interaktiv dialoqlar silsiləsi başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu dialoqlar son illərdə beynəlxalq təşkilat tərəfindən qəbul edilən islahatların bir hissəsidir və baş katibin seçilməsi prosesini daha açıq və inklüziv etmək məqsədi daşıyır. Əvvəllər bu proses ənənəvi olaraq qapalı qapılar arxasında aparılırdı.

Bu gün yayımlanan rəsmi bəyanatda BMT Baş Assambleyasının sədri Annalena Berbok namizədlərlə interaktiv dialoqları müasir qlobal çağırışlar fonunda təşkilatın gələcək rəhbərliyinin müəyyənləşdirilməsi baxımından həlledici addım kimi qiymətləndirib. O, on il əvvəl baş katib vəzifəsinə seçilmiş Antonio Quterreşin səlahiyyət müddətinin bu ilin sonunda başa çatacağını xatırladıb.

Berbok vurğulayıb ki, BMT Nizamnaməsinin prinsiplərinin artan təzyiqlərlə üzləşdiyi bir dövrdə dünya güclü və effektiv liderliyə ehtiyac duyur. O qeyd edib ki, növbəti baş katib yalnız siyasi və maliyyə çətinlikləri ilə mübarizədə deyil, həm də təşkilatın gələcəyə hazır olmasını təmin edən əsaslı islahatların həyata keçirilməsində mühüm rol oynayacaq.

O, həmçinin interaktiv dialoqların proqramı haqqında məlumat verərək bildirib ki, hər bir namizəd üçün sessiyalar üç saat davam edəcək. Namizədlərə əvvəlcə açılış nitqi üçün 10 dəqiqə veriləcək, daha sonra isə üzv dövlətlər və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən suallar ünvanlanacaq. Bu, onların liderlik bacarıqlarını və məsuliyyətə hazırlığını qiymətləndirməyə imkan yaradacaq.

Aprelin 21-də səhər və günorta sessiyaları müvafiq olaraq namizədlər Mişel Baçele və Rafael Mariano Qrossi ilə keçiriləcək. Aprelin 22-də isə sessiyalar Rebeka Qrinspan və Maki Sall üçün nəzərdə tutulub.

Gözlənilir ki, bu cür sessiyalar yaxın dövrdə də davam etdiriləcək və yekun tövsiyələr BMT Təhlükəsizlik Şurasına təqdim olunacaq. Təhlükəsizlik Şurası isə öz növbəsində bir və ya bir neçə namizədi Baş Assambleyaya təqdim edəcək və son qərar orada qəbul olunacaq.

Paylaş:
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30