Azərbaycanın enerji strategiyası: dünənin uğurları, sabahın hədəfləri
02.06.2026 [16:41]
2026-cı il iyunun 1-də keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkəmizin enerji siyasətinin strateji istiqamətlərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın son otuz ildə enerji sahəsində qazandığı uğurların ümumiləşdirilməsi olmaqla yanaşı, ölkənin gələcək enerji strategiyasının əsas konturlarını da ortaya qoydu.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan bu platforma zaman keçdikcə qlobal enerji gündəliyinin müzakirə olunduğu nüfuzlu beynəlxalq tədbirə çevrilib. Bu gün Bakı Enerji Həftəsi təkcə enerji şirkətlərinin deyil, dünyanın müxtəlif ölkələrinin siyasi rəhbərlərinin, investorların və ekspertlərinin diqqət mərkəzində olan mühüm beynəlxalq dialoq platforması kimi çıxış edir.
Son illər qlobal enerji bazarlarında müşahidə olunan mürəkkəb proseslər fonunda Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Məhz bu etibarlılıq nəticəsində ölkəmiz bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm iştirakçılardan biri kimi qəbul olunur.
Ölkə Prezidenti İlham Əliyev Azərbaycanın müasir qaz sənayesinin inkişafında mühüm mərhələ olan “Şahdəniz” layihəsinin əhəmiyyətinə toxunaraq bildirdi ki, bu layihə ölkəmizin enerji tarixində yeni səhifə açıb. Hazırda Azərbaycanın qaz ixrac coğrafiyasının genişlənməsi və tərəfdaş ölkələrin sayının artması həyata keçirilən uzaqgörən enerji siyasətinin məntiqi nəticəsidir.
Dövlət başçısının Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində cıxışın mühüm məqamlarından biri də Azərbaycanın yalnız ənənəvi enerji resursları ilə deyil, həm də yaşıl enerji gündəliyi ilə çıxış etməsi oldu. Bu, ölkəmizin qlobal enerji keçidinə fəal qoşulduğunu və bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi önəm verdiyini göstərir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “yaşıl enerji zonası” layihələri Azərbaycanın enerji siyasətinin yeni mərhələsinin əsas istiqamətlərindən biridir.
Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində beynəlxalq əməkdaşlıq məsələləri də geniş yer aldı. ABŞ, Türkiyə və Böyük Britaniya liderlərinin Bakı Enerji Həftəsinə ünvanladıqları müraciətlər Azərbaycanın beynəlxalq nüfuzunun və enerji sahəsində strateji tərəfdaşlıqlarının göstəricisi kimi dəyərləndirilə bilər. Bu fakt bir daha sübut edir ki, Azərbaycan qlobal enerji təhlükəsizliyi sisteminin vacib iştirakçılarından biridir.
Xüsusi ilə qeyd etməliyik ki, Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı Azərbaycanın enerji strategiyasının əsas prioritetlərini aydın şəkildə nümayiş etdirdi. Müstəqil ölkəmiz bundan sonra da etibarlı enerji tərəfdaşı kimi fəaliyyətini davam etdirəcək, ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji sahəsində də regional liderliyini gücləndirəcəkdir.
Bakı Enerji Həftəsi çərçivəsində səsləndirilən mesajlar bir daha təsdiqlədi ki, Azərbaycan enerji diplomatiyasını uğurla həyata keçirən, qlobal enerji təhlükəsizliyinə real töhfələr verən və gələcəyə hesablanmış strateji baxışa malik dövlətdir.
Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10

