Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Hesabat: Sülhməramlı qüvvələrin sayı son 25 ilin minimumuna düşüb

Hesabat: Sülhməramlı qüvvələrin sayı son 25 ilin minimumuna düşüb

25.05.2026 [12:17]

Sülhməramlı əməliyyatlarda iştirak edən beynəlxalq şəxsi heyətin sayı 2025-ci ildə son 25 ilin ən aşağı səviyyəsinə enib.

AZƏRTAC xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu tərəfindən yayımlanan hesabatda bildirilir.

Məlumata görə, 2025-ci il 31 dekabr tarixinə sülhməramlı əməliyyatlarda 78 min 633 nəfər xidmət edib. Bu göstərici 2016-cı illə müqayisədə 49 faiz azalma deməkdir və 2000-ci ildən bəri ən aşağı səviyyə hesab olunur.

Qeyd edilir ki, geosiyasi gərginliklər, siyasi təzyiqlər və maliyyə problemləri çoxtərəfli sülhməramlı missiyaların fəaliyyətinə mənfi təsir göstərir.

Hesabata əsasən, 2025-ci ildə 34 ölkə və ərazidə 58 sülhməramlı missiya fəaliyyət göstərib. Şəxsi heyətin 73 faizi beş əsas missiyada xidmət edib.

İnstitut, həmçinin BMT-nin sülhməramlı əməliyyatlarının ciddi maliyyə böhranı ilə üzləşdiyini vurğulayır. Bildirilir ki, 2025-ci ilin iyul ayında büdcə kəsiri 2 milyard dollara çatıb.

Paylaş:
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31