Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Venesuelada əfv qanunundan sonra 395 məhbus azad edilib

Venesuelada əfv qanunundan sonra 395 məhbus azad edilib

23.05.2026 [22:24]

Venesuelada bu ilin fevralında qüvvəyə minən əfv qanunundan sonra 395 məhbus azadlığa buraxılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez “Venezolana de Televisión” telekanalına açıqlamasında bildirib.

“Hazırda 395 nəfər azad edilib və yaxın saatlarda bu rəqəmin 500-ü keçəcəyini gözləyirik”, — deyə Rodrigez qeyd edib.

Onun sözlərinə görə, əfv qanununun tətbiqi nəticəsində ümumilikdə 8426 vətəndaşa tam hüquqi azadlıq verilib, onlara qarşı irəli sürülmüş ittihamlar və hüquqi məhdudiyyətlər ləğv olunub.

Əlavə edib ki, qanun qüvvəyə minənədək də 885 nəfər cinayət məsuliyyətindən azad edilmişdi.

Paylaş:
Baxılıb: 524 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31