May ayında qlobal temperatur XX əsrin orta göstəricisini bir dərəcədən çox keçib
17.06.2026 [23:35]
2026-cı ilin may ayında qlobal səthin orta temperaturu XX əsrin orta göstəricisini 1,07 dərəcə Selsi üstələyib. Ötən ay instrumental müşahidələrin 177 illik tarixində yalnız 2024-cü ilin analoji ayından geridə qalan ikinci ən isti may olub.
AZƏRTAC ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) iqlim hesabatına istinadla xəbər verir ki, ən isti on may ayının hamısı 2016-cı ildən sonra qeydə alınıb.
Qeyd olunur ki, 2026-cı ilin may ayı qlobal temperaturun XX əsrin orta göstəricisini keçdiyi ardıcıl 50-ci aydır. May ayının temperaturu sonuncu dəfə 1976-cı ildə normadan aşağı olub.
NOAA-nın məlumatına görə, bu ilin yanvar-may ayları arasında orta temperatur rekord həddə çatan dörd ən yüksək istiliklər arasındadır. Agentliyin mütəxəssisləri 2026-cı ilin instrumental ölçmələrin bütün dövründə ən isti beş il arasında olacağını proqnozlaşdırırlar.
Ən əhəmiyyətli - normadan iki dərəcə və ya daha çox yuxarı temperatur anomaliyaları Arktikada, Antarktidanın böyük hissəsində, Mərkəzi Kanadada, Rusiyanın qərbində və Qərbi Asiyanın böyük hissəsində müşahidə olunub. Afrikada rekord olaraq dördüncü, Asiyada beşinci, Avropada doqquzuncu, Şimali Amerikada isə onuncu ən isti may ayı qeydə alınıb.
Alyaskada, Cənubi Amerikanın cənub-mərkəzi hissəsində, Rusiyanın şimal-qərbində və Avstraliyanın qərbində orta səviyyədən aşağı temperatur qeydə alınıb.
Alimlər dəniz buzlarının vəziyyəti ilə bağlı xüsusilə narahatdırlar. May ayında Arktika dəniz buzlarının sahəsi 48 illik peyk müşahidələri tarixində ikinci ən aşağı göstərici olub. Bu, həmin böyüklüyün ardıcıl azaldığı üçüncü aydır. Arktika və Antarktidada dəniz buzlarının ümumi sahəsi təxminən 21,5 milyon kvadratkilometr təşkil edib ki, bu da 1991-2020-ci illərin orta göstəricisindən 1,7 milyon kvadratkilometr aşağıdır.
May ayında Şimal yarımkürəsinin qar örtüyü də orta səviyyədən aşağı olub və bu, əsasən, Avrasiyada qar örtüyünün azalması ilə əlaqədardır. Onun sahəsi orta səviyyədən təxminən 336 min kvadratkilometr aşağı idi.
Bu arada, tropik siklon aktivliyi may ayında orta səviyyədən aşağı qalıb. Dünyada yalnız iki adlı fırtına qeydə alınıb və onların hər ikisi qərbi Sakit okeanda əmələ gəlib. “Canmi” tayfunu sahilə çıxmadan 1-ci kateqoriya intensivliyinə çatıb, lakin Yaponiyanın bəzi yerlərində güclü yağışlara və fırtınalara səbəb olub.
İqlimşünasların fikrincə, əldə edilən məlumatlar qlobal istiləşmənin davamlı tendensiyasını təsdiqləyir. 2023-2024-cü illərdə temperaturun artmasına səbəb olan El- Nino iqlim fenomeninin zəifləməsinə baxmayaraq, qlobal temperatur müşahidələr tarixinin ən yüksək səviyyəsində qalır.
Xəbər lenti
Hamısına baxHadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39

