Oman sahillərində yük gəmisinə mərmi dəyib
26.06.2026 [15:18]
Oman sahilləri yaxınlığında naməlum mərminin düşməsi nəticəsində yük gəmisinin sağ tərəfi zədələnib.
AZƏRTAC “əş-Şarq əl-Avsət” telekanalına istinadla xəbər verir ki, bunu Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi bildirib.
Qeyd olunub ki, hadisə Oman sahillərindən şərqdə, 7.5 dəniz mili məsafədə baş verib.
Ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğu bildirilib. Hər hansı ekoloji fəsad barədə məlumat verilməyib. Qurumun məlumatına görə, hadisə ilə bağlı araşdırmalar aparılır. Eyni zamanda, gəmilərin keçid zamanı ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib və hər hansı şübhəli fəaliyyət barədə məlumat vermələri xahiş olunur.
Qeyd olunur ki, hadisə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən bu gün gəmilərə Hörmüz boğazı vasitəsilə keçid zamanı Tehranın müəyyən etdiyi marşrutlara əməl etmələri ilə bağlı xəbərdarlıq etdiyi bir vaxta təsadüf edib. Qurum İranla razılaşdırılmadan elan olunmuş yeni naviqasiya marşrutlarını rədd edərək onları “qəbuledilməz və təhlükəli” adlandırıb.
Xatırladaq ki, Oman Sultanlığı Hörmüz boğazından keçmək istəyən bütün gəmilər üçün müvəqqəti dəniz dəhlizindən rüsumsuz istifadə imkanının yaradıldığını elan edib. Oman hakimiyyəti bildirib ki, dəniz dəhlizi Beynəlxalq Dəniz Təşkilatı ilə koordinasiya şəraitində hazırlanıb. Dəhlizin marşrutu təşkilatın və Omanın aidiyyəti qurumlarının açıqladığı koordinatlar əsasında müəyyənləşdirilib.
Xəbər lenti
Hamısına baxGündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51

