Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yəməndə hökumət qüvvələri ilə şiddətli döyüşlərdə 50-dən çox husi silahlısı öldürülüb

Yəməndə hökumət qüvvələri ilə şiddətli döyüşlərdə 50-dən çox husi silahlısı öldürülüb

06.07.2026 [14:45]

Yəmənin Hudeydə vilayətinin cənubunda hökumət qüvvələri ilə husilər arasında baş verən şiddətli döyüşlərdə 50-dən çox husi silahlısının öldürüldüyü, onlarla nəfərin yaralandığı bildirilir.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu döyüşlər 2022-ci ilin aprel ayında Yəmən hökuməti ilə husilər arasında əldə olunmuş atəşkəsdən sonra qeydə alınan ən şiddətli qarşıdurmalardan biri hesab olunur.

Yəmən hökumətinin dövlət naziri Valid əl-Qədimi "X" sosial şəbəkəsində paylaşdığı məlumatda bildirib ki, Hays şəhərinin şimalındakı Cəbəl Dubas cəbhəsində baş vermiş döyüşlər nəticəsində husi qüvvələri ağır itkilər verib. Qarşıdurmalar zamanı hökumət qüvvələrinin 15 hərbçisi də həlak olub.

Valid əl-Qədimi bildirib ki, husilər Hudeydə vilayətinin cənubundakı mərkəzi hökumətin nəzarətində olan ərazilərə doğru irəliləmək məqsədilə hücumlarını davam etdirirlər.

Paylaş:
Baxılıb: 59 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31